20 Ekim 2017 Cuma

Blum taksanomiyası. Öyrənmənin üç növü

Blum taksanomiyası. Öyrənmənin üç növü

         Benjamin Blum 1913-cü il 21 fevral Penselvaniyada – Lensford şəhərində,yəhudi əsilli amerikalı ailəsində anadan olmuşdur.1935 ildən etibarən o ,Pensivaniya Universitetində bakalavr ve mağistr pillələrində təhsil almışdır.1942-ci ilde isə Çikaqo Universitetinde doktorluq pilləsini müdafiə etmiş,sonralar bu universitetin fəxri professoru təyin olunmuşdur.O,həmçinin İsrail və Hindistanda təhsil məsləhətçisi işləmiş və 1999-cu il 13 sentyabr tarixində vəfat etmişdir.Blumun nəzəriyyəsi bir çox ölkələrin təhsil müəssələrində qəbul olunmuşdur.
        Taksanomiya - biologiya fənnindən götürülmüş anlayış olub mənası obyektlərin qarşılıqlı əlaqəsi üzərində qurulması təsnifatı və ya sistemləşdirilməsi deməkdir.Blum taksanomiyası bilik,anlama,tətbiq etmə,təhlil,sintez və qiymətləndirmə kimi dərketmə prosesinin iyerarxiyasını təsvir etmək üçün Bencamin Blum tərəfindən təklif edilən quruluşdur.B.Blum bu taksanomiyanı təklif etməklə öyrənmə fəaliyyətinin üç əsas növünü müəyyən etmişdir:
Koqnitiv öyrənmə - idraki bacarıqlar;
Affektiv öyrənmə - hiss və emosional sahələrdə inkişaf;
Psixomotor öyrənmə - fiziki və ya praktiki bacarıqlar.
     
  Yuxarıda qeyd etdiyimiz öyrənmə fəaliyyəti növləri kateqoriya kimi düşünülə bilər. Belə ki,təlimçilər (müəllim və öyrədən) bu üç kateqoriyanı BBM (Bilik, Bacarıq, Mövqe) adlandırırlar.Öyrənmə əxlaqının taksanomiyası “öyrənmə prosesinin məqsədi” kimi xarakterizə olunur.Məhz buna görə də öyrənmə prosesindən sonra öyrənənlər (şagird və ya tələbə) mütləq yeni biliklər və bacarıqlar əldə etməlidirlər.B.Blumun rəhbərliyi ilə işləyən qrup koqnitiv və affektiv öyrənmə fəaliyyətləri üçün bir strateji izahat tərtib etmişlər.Lakin bu izahat psixomotor öyrənmə fəaliyyəti üçün nəzərdə tutulmamışdır. Daha sonralar Blum və qrupunun bu nəzərdən qaçırılmış “səhvləri” üçün izahatları belə olmuşdur ki,onlar orta məktəb səviyyəsi üçün praktiki bacarıqların öyrədilməsində kiçik bir təcrübə etmişlər.Yuxarıda qeyd etdiyimiz izahat-tərtibat üç əsas bölməyə və alt-bölmələrə ayrılır.Bu bölmələr ən sadə bölmədən ən mürəkkəb bölməyə doğru inkişaf etdirilir.Onu da qeyd edək ki,bu bölmələr şərtsiz deyil və burada bir çox digər sistemlər, ierarxiyalar vardır ki,onlar da təhsil-təlim sferasında özünəməxsus şəkildə bölünməlidirlər.Bütün bu mürəkkəbliklərə baxmayaraq Blumun taksanomiyası asan başa düşüləndir və dünya təhsil sistemində geniş tətbiq edilir.
Koqnitiv öyrənmə.
       Yuxarıda qeyd etdiyimiz kimi,koqnitiv öyrənmə idraki və ya əqli bacarıqlar əsasında biliklər əldə etməkdir.Bu öyrənmə metoduna xüsusi faktların dərk edilməsi, üsul nümunələri,intellektual qabiliyyətlərin və bacarıqların inkişafına xidmət edən fəaliyyətlər toplusu daxildir.Koqnitiv öyrənmənin altı əsas bölməsi vardır və aşağıdakı cədvəldə onların əsaslı təsviri verilmişdir:





BÖLMƏLƏR
AÇAR SÖZLƏR
BİLİK:
məlumatı nağıl etmək və ya müəyyənləşdirmək.

Müşahidə və məlumatların xatırlanması.
Tarixlər,hadisələr,yerlər haqqında biliklər.
Əsas ideyalar haqqında bilik.
terminologiya,əsas aktlar və elementlər, klassifikasiya və kateqoriyalar, prinsip və ümumiləşdirmə,nəzəriyyə,model,struktur haqqında məlumatlar;
Fənlər üzrə bilik.
fənn kateqoriyaları,texnologiya və üsullar;
Yeni və köhnə biliklər.
tərifini vermək
ad vermək
müəyyən etmək
yerləşdirmək
seçmək
toplamaq
siyahılaşdırmaq
sitat gətirmək
göstərmək
uyğunlaşdırmaq
QAVRAMA:
materialı başa düşmək,mənanı dərk etmək, dəyişmək, izah etmək,sözlərini dəyişmək, təfsir və ya şərh etmək.

Biliyin yeni konteksə köçürülməsi.
İzah,təfsir,şərh etmək.
Nümunələrin gətirilməsi.
Öyrənilmiş xassələrə görə təsnifat.
Yekunlaşdırma.
Qarşılıqlı əlaqənin yaradılması.
izah etmək
təfsir etmək
təsvir etmək
müəyyən etmək
təyin etmək
dəyişmək
qarşılaşdırmaq
fərqləndirmək
müzakirə etmək
nümunə göstərmək
TƏTBİQ:
məlumatdan istifadə etmək və yeni şəraitə metodları,konsepsiyaları tətbiq etmək.

Məlum olan və ya müəllim tərəfindən verilən təlimata əsasən tapşırığın icra olunması.
Müstəqil hazırlanmış təlimata əsasən tapşırığın icra olunması.

həll etmək
sınaqdan keçirmək
hesablamaq
aydınlaşdırmaq
qabaqcadan görmək
göstərmək
tətbiq etmək
təsnif etmək
şəklini dəyişmək
təcrübədə istifadə etmək
kəşf etmək
nümayiş etdirmək
TƏHLİL:
ayrı-ayrı hissələrə bölünmə və bu hissələrin tama necə aid olunmasını təyin etmək.

Əlaqələrin sezilməsi,hissələrin təşkili,qapalı mənaların anlaşılması,komponentlərin ayırd edilməsi.
Differensiallaşma.
Sıralanma.
Xarakterik xüsusiyyətlərin təyini.
təhlil etmək
təşkil etmək
birləşdirmək
seçmək
sxematik təsvir etmək
müqayisə etmək
fərqləndirmək
ayırmaq
sıralamaq
əqli nəticə çıxarmaq
izah etmək
SİNTEZ:
yeni ideyaların yaranması üçün köhnə ideyalardan istifadə,verilmiş faktların ümumiləşdirilməsi və bir neçə sahə üzrə biliklərin əlaqələndirilməsi.

Ayrı-ayrı hissələrdən yeni “məhsulun” yaradılması.
Planlaşdırılma.
Yeni ideyalar və yanaşmalar yaratmaq üçün köhnə ideyaların,müəyyən meyarlar üzrə fikirlərin,hipotezlərin,alternaiv həllərin generasiya edilməsi.
yaratmaq
hipotez irəli sürmək
fikri təsdiqləmək
hesabat hazırlamaq
birləşdirmək
planlaşdırmaq
layihələşdirmək
yenidən nizamlamaq
ixtira etmək
inteqrasiya etmək
hazırlamaq
əvəz etmək
QİYMƏTLƏNDİRMƏ:
məlumatın dəyərliliyini və ya səmərəli istifadə imkanlarını müvafiq meyarlara və standartlara əsasən müəyyən etmək.

İdeyaların müqayisəsi və fərqləndirilməsi,tutarlı arqument əsasında seçimlər edilməsi və seçimin dəyərləndirilməsi.
Müəyyən meyarlara əsasən yoxlamaq.
Müəyyən meyarlara əsasən tərif və tənqid etmək.
Sıralamaq.
qiymətləndirmək
qərar qəbul etmək
dəstəkləmək
inandırmaq
tövsiyyə etmək
tənqid etmək
fərqləndirmək
mühakimə etmək
əsaslandırmaq
nəticə çıxarmaq
səviyyələrə görə bölmək
yekun nəticəyə gəlmək
vacibini müəyyən etmək

AFFEKTİV  ÖYRƏNMƏ

      Affektiv öyrənmə dedikdə hiss və emosional sahələrdə inkişaf,başqa sözlə desək şagirdin mənəvi hazırlığı başa düşülür. Bu öyrənmə fəaliyyəti beş bölmədən və açar sözlərdən ibarətdir. Onu da qeyd edək ki,aşağıdakı cədvəldə fenomen dedikdə xüsusi və ya fövqəladə qabiliyyəti olan şagirdlər nəzərdə tutulur:
BÖLMƏLƏR
AÇAR SÖZLƏR
FENOMENLƏRİN AŞKAR EDİLMƏSİ:
məlumatlılıq,dinləməyə könüllülük,seçilmiş diqqət.
soruşmaq
seçmək
təsvir etmək
izləmək
vermək
tutmaq
müəyyənləşdirmək
yerini təyin etmək
adlandırmaq
qoymaq
göstərmək
istifadə etmək
cavablamaq
hazırlamaq
FENOMENƏ CAVAB VERMƏ:
şagirdlərin bir hissəsinin aktiv iştirakı,xüsusi olaraq fenomenə cavab vermə və diqqət yetirmə.
cavab vermək
kömək etmək
yerinə yetirmək
uyğunlaşdırmaq
müzakirə etmək
qarşılaşmaq
təsdiq edir
təqdim edir
sadalayır
məlumat verir
yazır
QİYMƏTLƏNDİRMƏ:
şagirdə verilən qiymət xüsusi obyektə,onun fenomenliyinə və ya davranışına görə təyin olunur.


tamamlamaq
nümayiş etdirmək
fərqləndirmək
izah etmək
izləmək
təşkil etmək
təşəbbüs göstərmək
dəvət etmək
xəbər vermək
seçmək
bölüşmək
STRUKTUR:
müxtəlif dəyərlərin qarşılaşdırılması vasitəsilə üstünlüklərin balansı üçün tələbatı dərk etmə və arada olan konflikti həll etmə.
əməl etmək
dəyişdirmək
birləşdirmək
müqayisə etmək
tamamlamaq
müəyyənləşdirmək
eyniləşdirmək
nizamlamaq
qısaca izah etmək
sintez etmək
DƏYƏRLƏRİN MƏNİMSƏNİLMƏSİ:
şagirdlərin əxlaqlarına və davranışlarına görə qiymətləndirilməsi.

hərəkət etmək
fərqləndirmək
nümayiş etdirmək
təsir göstərmək
qulaq asmaq
yerinə yetirmək
təcrübə etmək
ixtisaslaşmaq
nəzarət etmək

PSİXOMOTOR  ÖYRƏNMƏ

        Psixomotor öyrənmə fəaliyyəti dedikdə şagirdlərin fiziki və praktiki bacarıqları,bir tapşırığı tək yerinə yetirmə bacarıqları və s. kimi hərəkət növləri başa düşülür. Psixomotor öyrənmə fəaliyyəti yeddi bölmədən və açar sözlərdən ibarətdir:
BÖLMƏLƏR
AÇAR SÖZLƏR
DUYĞU:
fəaliyyətə bələdçilik etmək üçün hissiyatdan istifadə etmək bacarığı.
seçmək
təsvir etmək
araşdırmaq
fərqləndirmək
eyniləşdirmək
əlaqələndirmək
nağıl etmək
TƏSƏVVÜR:
buraya əqli,fiziki və emosional təsəvvürlər daxildir.Bu üç təsəvvür fikirlərin obrazı da adlandırılır.
başlamaq
nümayiş etdirmək
izah etmək
hərəkət etdirmək
davam etdirmək
reaksiya vermək
göstərmək
bəyan etmək
kömək təklif etmək
CAVABA RƏHBƏRÇİLİK:
bu öyrənmənin ilkin mərhələlərində istifadə olunan bacarıqlar kompleksidir.Buraya təqlid,sınaq və səhvetmə daxildir.
surətini çıxarmaq
plan çəkmək
izləmək
təsir etmək
əvvəlki halına salmaq
cavab vermək
MEXANİZM:
bu kompleks bacarıqların öyrənilməsində aralıq mərhələdir,öyrənilənlər adi hal alır.
quraşdırmaq
yoxlamaq
tikmək
təmir etmək
möhkəmləndirmək
cilalamaq
uyğunlaşdırmaq
təşkil etmək
eskizini çəkmək
AÇIQ KOMPLEKS CAVAB:
praktiki fəaliyyətlərin bacarıqla yerinə yetirilməsi kompleks fəaliyyət nümunələrinə səbəb olur.
quraşdırmaq
yoxlamaq
tikmək
təmir etmək
möhkəmləndirmək
cilalamaq
uyğunlaşdırmaq
təşkil etmək
eskizini çəkmək
ADAPTASİYA:
bacarıqlar inkişaf etdirilir və hər bir şagird fərdi olaraq öz fəaliyyətini təkmilləşdirir,xüsusi təlabata uyğunlaşdırır.
uyğunlaşdırmaq
dəyişiklik etmək
yenidən qurmaq
yoxlamaq
fərqləndirmək
YARADICILIQ:
yeni nəzəriyyələrin hazırlanması və ya hipotezlərin irəli sürülməsi.
yenidən işləmək
qurmaq
birləşdirmək
düzəltmək
dizayn etmək
təşəbbüs göstərmək
təməlini qoymaq
hazırlamaq
irəli sürmək

BLUM  TAKSANOMİYASININ  YENİDƏN  İŞLƏNMİŞ  HALI

       Əvvəllər də qeyd edildiyi kimi B.Blum və onun rəhbərlik etdiyi qrup psixomotor öyrənmə metoduna dair heç bir təsnifat verməmişlər. Psixomotor öyrənmənin bölmələrini özündə ehtiva edən kateqoriyalar isə 1972-ci ildə Simpson tərəfindən verilmişdir. Bunlardan əlavə psixomotor öyrənmə taksanomiyası üçün daha iki məşhur versiya da vardır:
Deyv versiyası (1975):
İmitasiya - müşahidə etmək və nümunəyə əsasən hazırlamaq.Nümunə olaraq,rəsm əsərinin üzünün köçürülməsi.
Manipulyasiya - izlədiyi təlimatlar və təcrübələr vasitəsilə tapşırığı işləmək bacarığı.Nümunə olaraq,dərslərini hazırladıqdan sonra sərbəst iş hazırlama bacarığı.
Dəqiqlik - təkmilləşdirmə,daha dəqiq olma.Nümunə olaraq,hansısa bir tapşırığı işləmək və yenidən hazırlamaq.
Birləşdirmə - fəaliyyətlər ardıcıllığını koordinasiyalaşdırma (əlaqələndirmə),harmoniya və daxili məntiqlilik əldə etmə.Nümunə olaraq,musiqidən,dram əsərindən,rəngdən,səsdən və s. istifadə etməklə video-film düzəltmək.
Naturalizasiya - görülmüş işin təbii olması üçün yüksək bacarığa malik olmaqla bu bacarıqlara ehtiyac hiss etmədən çox düşünmək.Nümunə olaraq,Maykl Jordan basketbol oynayır,Nansi Lopez qolf idmanı ilə məşğuldur və s.
Harrov versiyası (1972):
Əks hərəkətlər - reaksiyalar (təsirlənmələr) öyrənilməlidir.
Fundamental hərəkətlər - gəzmə,dərhal anlama kimi əsas hərəkətlər.
Qavrama - vizual,auditoriya,estetik,hiss olunan ayrı-seçkilik kimi stimullara cavab vermə.
Fiziki qabiliyyətlər - dözümlülük,qüvvə və cəldliyin gələcək üçün təkmilləşdirilməsi.
Təcrübəli hərəkətlər - idmanda və ya teatrda özünü aşkar edən ətraflı öyrənilmiş hərəkətlər.
Qeyri-dolaşıq ünsiyyət - əl hərəkətləri və üz ifadələri kimi effektli bədən dili.
B.Blumun taksanomiyasının yenidən işlənmiş halı
       B.Blumun əsas tələbələrindən biri olan Lorin Anderson koqnitiv öyrənmə metodunu yenidən işləyərək bəzi dəyişikliklər etmişdir. Yeni təsnifat düşüncənin daha aktiv formasını əks etdirir və daha dəqiqdir.Bu dəyişikliklər əsasən aşağıdakılardan ibarətdir:
Altı kateqoriyada olan açar sözləri isimdən fel formasına keçirmişdir;
Kateqoriyaların yerini dəyişmişdir;


Qardner nəzəriyyəsi

Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış Hovard Qardnerin nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər. Bu xüsusiyyətlərin üzə çıxması üçün onlara şərait yaradılmalıdır. Bu qabiliyyətlər aşağıdakılardır:


1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.


2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.


3. Vizual (fəza) qabiliyyət - belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.


4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.


5. Ritmik (musiqi) qabiliyyət - belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.


6. Şəxsiyyətlərarası qabiliyyət - belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər.


7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər.


8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Hər bir müəllim şagirdlərində bu qabiliyyətlərin üzə çıxarılmasına yardım etməlidir. Unutmayaq ki, müəllimin şagirdlərinə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə həm özünə, həm də müəlliminə hörmət və etibarı artırar. Gördüyünüz kimi müəllim-şagird münasibətləri çox incə və mürəkkəb məsələdir. Odur ki, işlərimizi düzgün qursaq nəticədə ölkəmizə yüksək intellekti, elmi potensialı və milli-mənəvi dəyərləri ilə seçilən, cəsarətli və vətənpərvər şagirdlər tərbiyə etmiş olacağıq.


SÖZ və onun qüdrəti.

                                 İcmal.  
   1.  Fənnin adı: İngilis dili.Azərbaycan dili
    2.Dərsin tipi:induktiv.
    3.  Mövzu: SÖZ və onun qüdrəti.
Məzmun xətti:
 -Dinləyib- anlama;
-danışma
    5. Məqsəd:
-Nitqdə nəzakətli danışıq üsuluna əməl edir.
  -Yaxşı dinləyən ,yaxşı natiqdir.
6.Dil- Sözün ən gözəli  söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür.
 7.Fəndaxili inteqrasiya; az.dili,
  8.Fənnlərarası inteqrasiya;  ədəbiyyat ,ingilis dili
  9.İş forması: bütün siniflə, kiçik qruplarla:
  10.İş üsulu:beyinin həmləsi, sual- cavab,
  11.Resurslar:iş vərəqələri,rəngli kağızlar, fləş kard və e-resursları.
Istifadə olunmuş ədəbiyyatlar: ]Uşaq ədəbiyyatı ,
http://aforizmler.net/movzu-151/soz
    
                                       Dərsin gedişi
1.       Motivasiya:Warm up:
      Auditoriyadakı insanlarla tanışlıq məqsədilə onlarda daha ısti münasibət yaratmaq məqsədilə 3 dəq. Vaxt ərzində müdavimlərin biri yanında əyləşən digər müdavim haqqında məlumat toplayır və bir-birilərini təqdim edirlər.
Təqdimatdan sonra hər bir müdavim Heç kim bilmir ki,mən...... deyə özü haqqında əlavə bir məlumat verir.Və ya adları yenidən xatırlatmaq məqsədilə hər bir müdavim öz adı ilə bərabər adının baş hərfi ilə başlayan  bir mənalı söz(bu isim, sifət ,fel ola bilər) deməlidir.(Yeri gəlmişkən bu dərsimizlə daha da uyğundur)(15 dəq.)
Belə bir sualla müraciət edirəm:
-İnsanlarla münasibətdə hər gün hansı problemlərlə qarşılaşırsınız?
Kiçik vərəqələrdə hər kəs öz fikrini yazır. Və oxuyur.(5dəq)
Sonra qisa bir video çarx nümayiş etdirirəm.
Artıq müdavimlər üçün müəyyən bir fikir yaranır.(3dəq)
TƏDQİQAT SUALI:
1.Sözün ən gözəli  söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür.Lüğətdə sözü dəyişmək imkanınız olaydı,hansı sözü necə dəyişərdiniz?

          2.Tədqiqatın aparılması.
 Müdavimlər üçün 2 hissəyə bölünmüş kağız parçalarında fikri tam əldə edən cütlük şəklində qruplar yaradıram.(4 dəq)
Qruplarara iş vərəqələri paylayıram. Lövhənin yaninda asdığım qızıl qaydaları müdavimlərə xatırladıram.
                 Qizıl Qaydalar:
 *Bir-birinizi dinləyin;
      * Birlıkdə mehriban işləyin;
      *Bir-birinizin sözünü kəsməyin;
       *Dözümlü olun!
      I qrupun iş vərəqi.Lakonik sözlər
       1.Lakonik söz nə deməkdir, onun Lakoniya ilə bir əlaqəsi varmı?Varsa əlaqəni yazilı izah edin.
2.Dərsini dinlədiyiniz müdavimlərin səvlərini onları təhqir etmədən,hüquqlarını tapdalamadan lakonik formada necə başa sala biləcəyinizi qısa ,lakonik şəkildə iş vərəqinə yazın.

     II qrupun iş vərəqi. Poetik sözlər.
  1.   Boş, mənasız sözlər kimə gərəkdir?
Kim belə sözləri dinləyəcəkdir?....kimin sözləridir
Misallarla mənasını açıqıayın.
2.Dərsini dinlədiyiniz müdavimlərin səvlərini onları təhqir etmədən,hüquqlarını tapdalamadan  necə başa sala biləcəyinizi bədii, poetik şəkildə iş vərəqinə yazın.

  III qrupun iş vərəqi. Müdrik kəlamlar.
 1. Parçalanmış sözləri şer halında birləşdirin.Mümkünsə müəllifləri qeyd edin.
2.Dərsini dinlədiyiniz müdavimlərin səvlərini onları təhqir etmədən,hüquqlarını tapdalamadan atalar sözləri və müdrik kəlamlarla necə başa salacağınızı  iş vərəqinə yazın.(10 dəq)

      3.Infomasiya mübadiləsi.
  Qrup üzvləri öz işlərini ardıcıl olaraq təhvil verirlər. (10dəq)
   Hörmətli müdavimlər, gəlin verilmiş bir fikrə qarşı psixoloji cəhətdən müxtəlif xarakterə məxsus insanların  nöqteyi nəzərindən yanaşaq.Hər bir müdavimə  hazırladıgım gül ləçəyinin birini ayırmağı təklif edirəm.Beləliklə Optimist ,realist ,Pevsimist,Utopik,Romantik  xarakterlərə bölünərək,müdavimlər aşagidaki sualları cavablandirır.
1.Müasir yeniyetmələr haqqında nə düşünürsünüz?
2.Bu gün işləyən qadımları necə qiymətləndirirsiniz?
Cavablar şifahi şəkildə hər bir xarakterə məxsus emosional şəkildə cavablandırılır.Ən yaxşı cavab qiymətləndirilir(10 dəq)
Azərbaycan dilində olduğu kimi hər bir dildə də sözün mənasinı qüvətləndirmək üçün ona müəyyən çalarlar qatılır Yəni danışarkən nitqdə frazeolji birləşmələrdən,idyomlardan istifadə olunur
Hər bir dilin öz xarakterik idyomlari var ki,onlari baq dilə hərfi tətəcümə etmək qeyi-mümkündür.Onu ya qarşılıqlı idyomlarla ,ya da bədii ifadələrlə tərcümə etmək mümkündür.Mən sizə bir neçə həfi tərcümə olunmüş ingilis idyomları təqdim edəcəyəm.Siz isə ona uyğun Azərbaycan idyomları və yaxud onun bəddi şəkildə təsfirini yaradın.(Cümlələri kəsilmış halda kart şəklində çəkib cavablandirırlar.)
1.İsti və ya soyuq əsmək.
2.Ağzında gümüş qaşıq dünyaya gəlmək.
3.Ayağını ağzın almaq
4.Elə bil Rip Van Vinkldır.
5.Göydən yerə it,pişik yağır.
6.Peterdən oğurlayıb Pola ödəmək.
7.Axillesin dabanı.
8.Adonis kimi.
9.Elə bil Bilinsqeytlilərlə söhbət edir.
10.Üstünə kitab atmaq.
11.Nyu Kazla kömür daşımaq.
12.Sən Ritzdə deyilsən.(10dəq)

      4.İnfomasiyanın müzakirəsi.
-Nitqdə nəzakətli danışıq üsuluna əməl etmək üçün nələri bilmək lazımdır?
  -Yaxşı dinləyən ,yaxşı natiqdir fikrinə necə müasibət göstərirsiniz
- Sözün ən gözəli  söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür fikrinə hansı açıqlamalar verərdiniz?
Kor insanlar üçün dəyişlən söz anlaşıldsa,bəs kar, əlil arabasinda gəzən  insanlar  üçün hansı təsirli sözlər demək lazımdır?(8dəq)
        5.Ümumiləşdirmə və nəticə.
Lüğətdə sözü dəyişmək imkanınız olaydı,hansı sözü necə dəyişərdiniz?
-Deməli bir kəlmə yerində və ya əksinə deyilmiş bir söz dünyanı dəyişə biləcək qüdrətə malikdir.(4dəq)
           6.Yaradıcı tətbiqetmə.
- Lüğətdə sözü dəyişmək imkanınız olaydı,hansı sözü necə dəyişərdiniz? Hər kəs öz fikrini qisa şəkildə bildirsin(4dəq)
     






        7Özünüqiymətləndirmə və refleksiya.
Qruplar
             Meyyarlar
Lakonik sözlər
Poetik sözlər
Müdrik kəlamlar
Əməkdaşliq




Bilk



Vaxt bölgüsü




Sözdən düzgün istifadə






Bacarıq







Müəllimi qiymətləndirmə cədvəli Anonim
Səviyyələr

Aşağı
Orta
Yüksək

Ən yüksək

Auditoriyanı ələ alma






Dərsin düzgün təşkili








Müdavimlərlə səmimi münasibət





Sözlərdən düzgün istifadə bacarıgı








Qruplar bir birini qiymətləndirir.Aşağıdakı meyyarlara əsasən Hər kəs öz fikrini qisa şəkildə bildirsin Hər kəs öz fikrini qisa şəkildə bildirsin


                       Ev tapşırığı.

1.Evdə isə bu barədə esse yazarsınız.
2.GOOGLE-az saytından sözə aid müdrik kəlamlar və atalar sözləri seçin.(2dəq)



4. Az bilib, çox danışmaq axmaqlıq əlamətidir. (S.Ə.Şirvani)
5. Səfeh adamla dil tapmağı bacar, ağıllı adam özü səninlə dil tapacaq. (Adıgey atalar sözü)
6. Heyvanı qulağından tanıyarlar, insanı sözündən. (Qırğız atalar sözü)
7. Çərənçi adam hamının oxuya bildiyi açıq məktubdur. (J.A.Kastro)
8. Ən ağıllı filosoflar belə, axmaq suallara cavab verməyə çətinlik çəkirlər. (X.Nikolas)
9. Deyirlər ki, adamlara iki qulaq və bir dil – çox eşidib, az danışmaq üçün verilmişdir. (Plutarx)
10. Sözlər yarpaqlara bənzəyir, çoxlu yarpağı olan ağac az bəhrə verir. (A.Pop)
11. Hər kəs öz dilinin altında gizlənmişdir. (Harun ər-Rəşid)
12. Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar. (Sədi)
13. Əvvəlcə fikirləş, sonra danış. Sənə “Sus” deməmiş özün sus. (Sədi)
14. Söz var insanı yola gətirər, Söz var insanı yoldan çıxarar. (Humam Təbrizi)
15.İnsana danışmağı öyrənmək üçün iki il, danışmamağı öyrənməyə isə altmış il lazımdır. (L.Feyxtvanger)
16. Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də. (Tolstoy)
17. Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini sudurmağa yox, inandırmağa cəhd et. (Uilks)
18. Söz yağış kimidir- birinci dəfə yağanda bərəkət olur, dördüncü dəfə yağanda- fəlakət. (R.Həmzətov)
19. Köynəyin ləkəsi su ilə gedər, ürəyin ləkəsi söz ilə. (Qaraqalpaq atalar sözü)
20. Demədiyim sözdən heç vaxt peşman olmamışam, lakin çox olub ki, dediyimdən qan və torpaq içində yatmışam. (Ə. Cami)
21. Sözün atası ağıl, anası dildir. (Qaraqalpaq atalar sözü)
Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.
Kim gəlir-gəlsin- aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm!    ( Məhəmməd Füzuli: Azərbaycan şairi və mütəfəkkiri )
Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki, qaşlara düyün vuracaq
Gözəl söz olsa da, söyləmə, burax!    ( Nizami )
Aristotel " Gözəl söz nədir?" sualına cavab olaraq " Məntiqə uyğun, qulaq asanları inandıran, eyni zamanda heç kəsin xətrinə dəyməyən söz gözəldir" demişdir.   ( Şarl Aleksandr Kalonn: Fransa dövlət xadimi )
Söz dərman kimidir- qədərindəolsa, müalicə edər; qədərini aşsa, öldürər.   ( Viktor Kambon )
Söz ilə öldürmək də olar, xilas etmək də. Söz ilə bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da.   ( İohann Şefler: Alman filosofu)
Səmimiyyətlə deyilən söz ürəklərətez yol tapar.   ( jan Labrüer )
Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir-birindən asılıdır, necə ki, cism ilə can.   ( Məhəmməd Füzuli )
Budur cahanda mənim ən bəyəndiyim məslək, 
Sözüm odun kimi olsun, həqiqət olsun tək.   ( Mehmet Arif Ersoy: Türk istiqlal şairi )
Deyilən hər söz içindən çıxdığı qəlbin qiyafəsini içində daşıyar.  
( Ataullah İsgəndəri: İslam alimi )