Educare- Ümumbəşəri dəyərlərə əsaslanan Təhsil
Müasir cəmiyyətdə təhsil yüksək qiymətləndirilir
və əksəriyyət insanlar təhsil almağa çalışırlar. Bu gün məktəblərdə, kolleclərdə
və s. təhsil müəssisələrində elm, texnika və mədəniyyətin müxtəlif sahələrini əhatə
edən biliklər artıqlaması ilə verilir. Ancaq insanlar daxili rahatlıq, xoşbəxtlik
hissi keçirmirlər. Bu günkü təhsil insanın ruhuna deyil, ağlına istiqamətlənmiş
məlumat sistemidir. O, insana özünü dərk etməyə və xarakterini formalaşdırmağa
kömək etmir. Axı, əsil təhsilin mənbəyi insanın ruhudur. İnsan təlim prosesi
zamanı öz qəlbini sevgi ilə doldurmalı və
xarakterini inkişaf etdirməlidir. Hazırda qloballaşan dünyada milli-mənəvi dəyərləri
saxlamaqla müasir dünya təhsil sisteminə inteqrasiya yüksək peşəkarlığa, çevik
düşüncə tərzinə malik pedaqoji kadrlar hazırlanmasını tələb edir.
Hər bir ölkənin öz dəyərləri var. Lakin
ümumbəşəri dəyərlər də vardır ki, o,bütün dünyaya aiddir.İnsan xoşbəxt olmaq
üçün onun həyatda məqsədi olmalıdır. Sızcə həyatın məqsədi nədir?--XOŞBƏXT
OLMAQ. Özünü dərk etmək üçün insan birinci üzünü tanımalıdır.Və MƏN KİMƏM sualına cavab verməlidir.Qədim
yunanlar demişdir: “ÖZÜNÜ DƏRK ET!”
Təhsil bütün həyat boyu baş verir.Bütün
həyat boyu dəyişməzdir.Bizi əhatə edən həyatda yaşamaq üçün biz nə etməlıyik.-Konkret
biliklər və onları tətbiq etmək üçün bacarıq.Bu isə artıq təcrübə toplamağa əsaslanmış
təhsil deməkdir.
Bəs təxəyyülə əsaslanmış təhsil nə deməkdir?-Bu
bizim daxili dünyamızla əlaqədardır.Bunun üçün: Mən kiməm? Həyata nə üçün gəlmişəm?sualları
yaranır.Bu zaman bizə təcrübəyə əsaslanan təhsil kömək edir və buna inteqral
yanaşma deyilir .Bu bizə harmonik yaşamağa imkan verir.Bu harmonik həyatda insan daima təcrübə toplayır,
onları həyata keçirmək üçün öyrəndiyi biliklərə əsaslanir.Deməli özünü dərk edən
insana həyatda bilik bacarıq və təxəyyül ;yəni inteqral təhsil lazımdır.
İnteqral
təhsilin əsas xüsusiyyəti:
-biz ümümbəşəri
dəyərləri təhsilə gətiririksə ,onu tədris planına kurikluma daxil edirik.
-onu sevgi
ilə şagirdlərə çatdırırıq. Bunlar isə =müasir təhsil. Bizim daxili potensialımız yatmış gözələ bənzəyir.3
vacib dəyər var:baş ,ürək və əllər.Lap qədimdə deyildiyi kimi;əgər insan təkcə əlləri ilə
çalışırsa,deməli o,öz işinin fəhləsidir;əl ilə birlikdə baş da işləyirsə, deməli
işinin ustasıdır;əl,baş və ürək birlikdə işləyrsə,yalniz onda insan öz işinin sənətkarına
çevrilə bilərvə onu məhəbbətlə başqalarına ötürə bilər.
Əgər bizdə məhəbbət yoxdursa, onu necə
paylaşa bilərik?
Tədris prosesində istifadə olunan texnologiyalar
sevgi mədəniyyəti mühiti yaratmaq üçündür. Bu munbit bir torpağa bənzəyir.;umumbəşəri
toxumlar əkilir,becərilir. Əgər müəllim
nə tədris etdiyini özü başa düsürsə ,bu şagird üçün də asan olur.Şagirddə özünəəminlik
aşılanır, dərs onun üçün asan və dərkolunan olur.Təhsil –ağlın konsentrsiyası
deməkdir. Və nəticədə konsentrasiya bizi daxilimizdə olan işığa yönəldir.
EDUCARE=xaricdə öyrəndiklərimiz +daxili
dünyamız.O daxili bilgilərimizi oyadır.Deməli,ümumi bilik-Education :Mənvi bilik-educare
Mənəvi bilik özünüdərketmə,insan
şüurunun oyanması,vicdanla bağlıdır.Vicdanımız həmişə bizimlə danışır.Biz bəzən
ona qulaq asmırq.Əslində vicdan bizim alı kimliyimizdir.
Əflatun demişdir:“Təhsil biliyi olmayan
ruha yeridilməsi deyil,kor olan gözə işıq verilməsidir”.Beləliklə EDUCARE insan
xilqətinin arxasında duran şüura əsaslanır.Biz bunu hiss etdikcə əsl,yaxşı
insana çevrilirik və bütün dünyaya olan münsibətimiz dəyişir.EDUCARE-təcrübi
biliyə çevrilir,çünki təcrübəsiz heç kim xeyirxah ola bilməz.
Nəsihət vasitəsitiə elmin yolu uzun
,nümunə vasitəsilə qısa və düyumludur.
Sorğu
olunanlaların:
30%--istiqamət
üçün nümunə
28%--ruhlanmaq
üçün nümunə
18%--oxşamaq,bənzəmək
14%--digər
insanların müəyyən keyfiyyətləri onlara cəsarətlənmək üçün ilham verir.
Şagirdlərlə əlaqə qurmaq üçün bizim
xasiyyətimiz çox vacibdir.Çünki liderliyin 90%-ini xasiyyət,qalan 10%-ni isə
seçdiyimiz fəaliyyət növündə əldə etdiyimiz biliklərdirsə, biz Lider ola bilərik.
Bizdə görmə bacarığı olmalıdır.Müəllim
istiqamət və məqsədi təyin edir.Şagird isə bu istiqamətdə cığır açır.Bu işdə
biz onlara nümunə olmalıyıq. Biz özümüzü sevdirməyə can atmamamlıyıq,özümüz
başqalarına qarşı sevgi ilə dolu olmalıyıq.
Təhsil sevgi və nümunənin vəhtəti
olmalıdır.Əsl müəllim şagirddən gözlənilən olmalıdır,şagirdləri münasib şəkildə
formalaşdırmağı bacarmalıdır,şagirddə olan qabiliyyəti görməlidir.Müəllim nümunə
olmalıdır,şagirdlər isə bu nümunəni öz şəxsi təcrübələrinə çevirməlidirlər.Yəni
qab necədirsə, su da elə olmalıdır.-LİKE TEACHER, LİKE STUDENTS.
Bizim
xasiyyətimizdə kamil olmayan şeylər də var.Bununla belə şagirdlər bizi təqlid
edir. Əgər müəllim dərsə
gecikirsə ,o şagirdlərə necə deyə bilər ki,dərsə gecikməsinlər.
Çiçəklər
bir ipə düzülüb çələng əmələ gətirir.Çələng ipə görə bir yerdədir Amma ip özü
görünmür.Biz nəyi görürüksə,nəyi görmək istəyiriksə,bizim üçün həqiqət odur.Həqiqət
təxəyyülümüzün məhsuludur,nisbi və abstrakdır.
1-Xortum
,nazik uzundu ilana oxşayır;
3-
gövdə -divara ;
4-qulaq-yelpik;
5-diş-silah;
6-
cı kor isə quyruğu kəndirə bənzədir.
Müəyyən
vaxt keçdikdən sonra hərə fil haqqında bir fikir söyləyir və mübahisə edirlər.Bəs
onlar fil haqqında düzgün təsəvvürü necə əldə etdilər?Onların hət biri hiss
etdiklərini bölüşdükdən sonra bir təsəvvür yarandı.
Bizim gözümüzdə də həqiqər elə bu cürdür. Biz də öz
şüurumuzu genişləndirməliyik,təhsilin vasitəsilə-təhlil-tətbiq -analiz
–sintez-sorğu-problemlərin həlli: bütün bunların hamısı həqiqətə gedən yoldur.
Fərdin dəyişməsi dünyanın dəyişməsi deməkdir.
ŞEKSPİR deyir:”Ay səfeh,aləmi niyə dəyişdirirsən?
Birinci özünü dəyiş ki,aləmdə bir səfeh də azalsın.”
Əminamanlıq hissi fərdlərdə olmadıqca,dünyada daha
çox müharibələr olcaq.Dəyişiklik güclü motivasiya tələb edir.Şəxsiyyətin güclü
tərəfi sağlam ağılla bağlıdır.Əgər biz ağlımızı xarici aləmə yönəldiriksə,biz
ev,paltar,maşın istəyirik.Əgər ağlımızı daxili aləmimizə, ümumbəşəri dəyərlərə
yönəldiriksə, daha çox şey əldə etmiş olarıq.Ağıl şüuraltı məfhumdur və keçmişdə
yaşadığımız hisslər,dəyərlərdən ibarətdir.
Biz şagirdlərə öyrənməyi öyrədirik.Bu birbaşa və ya dolayı yolla ola
bilər. Dərsi devizlə başlaya bilərsiniz. Bu, günün sitatı da ola bilər.Məsələn:
Hamını sevin! Hər kəsə kömək edin! Heç
vaxt yalan söyləmə!
Bu sitatlar sonradan onların xatirələrində qalir.Onlar hətta bunu
köynəyin üstünə belə yazırlar.Dahilərin sitatı da ola bilər. Məsələn:Eynşteyn:
“Hər kimsə həyatında səhv buraxmayıbsa,deməli o heç vaxt yenilik etməyə cəhd
etməyib.”Uşaqları inandırmalıyıq ki, onlar orfoqrafik səhv edə bilərlər ,əsas
odur ki,düşündükləri doğru olsun.
A.Linkolin oğlunun müəlliminə yazdıgı məktubda
deyirdi:“...əgər öyrədə bilirsənsə qazanılan bir dolların olan beş dollardan
daha qiymətli olduğunu öyrət.Itirməyi öyrənməsini öyrət ona və qazanmaqdan
sevinc duymağı. Məktəbdə səhv etmənin hiylə etməkdən çox daha şərəfli olduğunu
öyrət ona. Ona öz fikirlərinə inanmasını öyrət,hər kəs ona səhv olduğunu
söylədiyində belə...”.
Tolstoy: “Hamı düşünür ki, dünyanı necə
dəyişim,lakin heç kim özünü necə dəyişməyi düşünmür.”
Qrup şəklində mahnı metodu dəyənin təsirini
gücləndirir.”Singing is making happy.”,səhhətimizi
yaxşılaşdırır,müsbət keyfiyyətlər aşılayır.
Hekayə danışmaq şagirdlərin öyrənmə həvəsini
təxəyyül,xəyali canlandırma bacarığı
aşılayır.Dözümlülük, konsentrasiya, diqqətin paylanması,yaddaşın güclənməsinə səbəb
olur.Əhvalat danışarkən müəyyən oyuncaqlardan istifadə etmək,sonra müəyyən səhnə
yaradarq,rolları bölmək . Əgər şagird yaşlı, xəstə insanların obrazını
oynayırsa,daxilən onlara qarşı mərhəmət hissi oyanır.
Təmənnasız xidmət layihələri:güllərin əkilməsi,
xəstələrə kömək.Psixoloji ağac qutusu ola bilər.Həhə öz istəyini yazır,ağacdan
asır.Sual verilə bilər.Hansı dəyər sənin
üçün əzizdir? və yaxud Anama Məktub.Narahatlığı
olan uşaqlar uşaqların problemi bu yolla həll oluna bilər. Ötən ilin yayında
Bakı şəhəri Avropa litseyində bir seminar iştirakçısı oldum. O litseydə diqqətimi
daha çox çəkən foyedə quaşdırılmış bir ağac təsviri oldu.Çalılışdım ki,bunu öz
məktəbimizdə də tətbiq edim.Xarici təcrübə toplamaq məqsədilə Türkiyədə ,İstambul
şəhərində,“Uğur”litseyində də bu cür ağaclar tərtib olunmuşdur. İstənilən müəllim
bunu öz sinfində də təşkil edə bilər.Çünki o,qutudakı məktubla tanış olarkən
problemi olan şagirdi onun əlyazmasından
daha yaxşı tanıyar,şagirdə bildirmədən valideynlə sohbət aparar və problem daha
tez həll olunar.
EDUCARE proqramı da bu metodlar üzərində reallaşır.
Qazax rayonu İ.
Qayıbov adına 3 sayli tam orta məktəbinin
ingilis dili müəllimi Xasməmmədova
Tahirə (İlin Ən Yaxşı Müəllimi müsabiqəsinin qalibi,Tərəqqi Medalı , Britaniya Şurasının
Təlimçisi)
Hiç yorum yok:
Yorum Gönder