Tahirə Xasməmmədova
Qazax rayonu 3 № tam orta məktəbin ingilis dili müəllimi
Azərbaycan Təhsil İnstitutunun dissertantı
E-mail: tahire-033@hotmail.com
Xarici Dildə oxu bacarıqlarıın
kommunikativ şəkildə inkişaf etdiriməsi yolları
Açar sözlər:
oxu, kommunikasiya, şüurlu oxu, yaradıcı mərhələ, sərbəst düşüncə
Key words:reading,
communication, reading comprehension, creative stage, independent
thinking
Ключевые слова: чтение, общение, интеллектуальное
чтение, творческий этап,
вольнодумство
Xarici
dilin tədrisinin mühüm vəzifələrindən biri də qazanılan reseptiv bacarıq kimi
oxunun kommunikativ şəkilə inkişaf etdirilməsidir. Oxunun düzgün təşkili və tədrisi
qarşısında duran ən mühüm məsələ şagirdlərdə ətraf aləm və real həyat hadisələri
haqqında düzgün obrazlı təsəvvürlər əsasında bilik və bacarıqlar
formalaşdırmaqdır. Xarici dilin tədrisində
oxu nə qədər tələb olunan bacarıq olsa da, onun düzgün təşkili və tədrisi
prosesində hələ də problem və çətinliklər mövcuddur. Bir çox hallarda şagirdlərimiz
hələ də xarici dildə mətnləri oxuyub tərcümə etmək və məzmunu şüurlu şəkildə
anlamaq üçün bir neçə sualları cavablandırmaqla bu fəaliyyəti başa çatmış hesab
edirlər. Ənənəvi olaraq belə vərdişlər onlarda mövzu ətrafında sərbəst
kommunikasiya qurmağa həvəsləndirmir.İllər boyu bizdə oxu bacarığı dedikdə, oxu
texnikasının səviyyəsi nəzərdə tutulub. Düşünürdük ki, əgər şagird səlis oxuya
bilirsə, deməli, oxu bacarığına yiyələnib. Oxuyub qavrama bacarığını yoxlama texnologiyası
isə milli təhsilimizdə çox zəif olub. Ən yaxşı halda verilmiş mətndən hər
hansı nəqli cümlə çıxarılıb, sual cümləsi şəklində tapşırıq kimi qoyulurdu.
Qey etmək lazımdır ki, oxu fəaliyyəti və
bacarıqlarının düzgün inkişaf etdirilməsi səmərəli kommunikasiyanın açarı kimi
sərbəst düşüncənin əsasını qoyur. Oxu mətnləri üzərində yeni söz və ifadələrin
müzakirə və şəkillərdə, vizual görüntülərdə öyrənilməsi, məzmunun şüurlu
anlaşıılmasıa istaqamətləndirir. Bunun üçün oxu mətnləri üzərində maraqlı nitq
tapşıırıqları, qısa şərhlərin təşkili, müqayişələrin, analizlərin aparlması və
oxunun yaradıcı tətbiqi arxa planda qalırdı. Təlimdənkənar oxu fəaliyyətinin
inkişaf etdiriməsi, ekstensiv oxu vərdişlərinin qazanılmsı, maraqlı ədəbiyyatların
oxunmaı və şagirdlərin ümumi orta təhsil mərhələsində mütaliə mədəniyyətinin
qazanılması ən vacib tələblərdən biridir. Çünki, ekstensiv oxu şagirdlərin
idrak qabiliyyətini inkişaf etdirir və əqli fəallığı artırır. Oxu eleə bu mərhələdə
şagirdlərdə ideya-siyasi, mənəvi-estetik vərdişlərini tez formalaşdırır,
onlarda vətənə məhəbbət, ailəyə hörmət, dosta sədaqət, xeyirxahlıq, mərdlik, fədakarlıq,
təvazökarlıq, düzgünlük kimi mənəvi
keyfiyyətləri formalşadırır. Oxu fəaliyyətinin kommunikativ şəraitdə
formalaşması şagirdlərin şifahi və yazılı şəkildə ifadə etmək bacarığını
atırır, onlarda şüurlu, düzgün, sürətli və ifadəli oxu, oxunmuş mətnin məzmununu
şərh etmək bacarıqları yaradır. Vacib hesab edilən və düşünülmüş bu metodikalar
üzərində qurulan oxu şagirdlərin dünyagörüşünü genişləndirir, söz ehtiyatını zənginləşdirir,
nitq mədəniyyətini inkişaf etdirir. Oxu dərslərində ünsiyyətin
formalşdıran və məntiqi təfəkkürünü inkişaf etdirən tarşırıqların, fəaliyyətlərin
tətbiqi oxu mətnləridə məntiqi əlaqələrin tapılması, əşya və hadisələrin
müqayisəsi, oxşarlığına və fərqinə görə onların tutuşdurulması, ümumiləşdirmə və
nəticə çıxarmaq kimi bacarıqlar formalaşır. Bunun üçün oxu mətnlərinin dinləyib-anlama,
danıçma və yazı fəaliyyəti daxilində
aparılması daha çox ünsiyyəti formalaşdırır. Oxu mətnlərinin yaradıcı mərhələdə
inkişaf etdirilməsi, oxu mətnlərinin personallaşdırırlması, oxudan sonra sərbət yazıların təşkili, məzmuna “sözlə” rəsmin
çəkilməsi, əsərin səhnələşdirilməsi və s. kimi üsullardn istifadə edilməsi səmərəli
nəticə verir.
Beləliklə,
ümumi orta təhsil mərhələsində (5-6 siniflər) oxu fəaliyyəti elə təşkil edilməlidir
ki, təlimdə şagirdlərin birbaşa ünsiyyət bacarıqları düzgün formalaşsın və kommunikativnitq
vərdişlərinin qazanılsın.
İstifadə olunmuş ədəbiyyat
1.
Anderson, R.C., & Pearson, P.D.
(1984). A schema- theoretic view of basic processes in reading comprehension.
In P.D. Pearson (Ed.), Handbook of reading research (255-291). New York:
Longman.
2.
De Certeau, Michel. "Reading as Poaching." The
Practice of Everyday Life. Trans. Steven F. Rendall. Berkeley: University
of California Press, 1984. 165-176.
3. Day RR & J Bamford (1998) 'Extensive
Reading in the Second Language Classroom' Cambridge:CUP
4. McCallum, R. S., Krohn, K. R., Skinner, C. H.,
Hilton-Prillhart, A., Hopkins, M. Waller, S., & Polite, F. (2010).
Improving reading comprehension of at-risk high-school students: The art of
reading program. Psychology in the Schools, 48(1), 78-86.
QEYDİYYAT
VƏRƏQİ
“ Xarici dillərin tədrisinin aktual problemləri “ adlı
Respublika elmi-praktiki konfrans
İştirakçının adı, atasının adı və soyadı: Tahirə Xsmmmədova
Şəhər: _Qazax
rayonu
İtirakçının iş yeri (adı və ünvanı)Şəhər 3 nömrəli tam orta məktəb
İştirakçının ünvanı:Qazax rayonu
Telefon (ev, iş, mobil): _050 5891787
E-mail: tahire-033@hotmail.com
Lazım olan texniki avadanlıq:kompyuter, proyektor
Hiç yorum yok:
Yorum Gönder