20 Ekim 2017 Cuma

Xarici Dildə oxu bacarıqlarıın kommunikativ şəkildə inkişaf etdiriməsi yolları

Tahirə Xasməmmədova
Qazax rayonu 3 tam orta məktəbin ingilis dili müəllimi
Azərbaycan Təhsil İnstitutunun dissertantı
E-mail: tahire-033@hotmail.com

Xarici Dildə oxu bacarıqlarıın kommunikativ şəkildə inkişaf etdiriməsi yolları
Açar sözlər: oxu, kommunikasiya, şüurlu oxu, yaradıcı mərhələ, sərbəst düşüncə
Key words:reading, communication, reading comprehension, creative stage, independent
                       thinking 
   Ключевые слова: чтение, общение, интеллектуальное чтение, творческий этап,
вольнодумство
      Xarici dilin tədrisinin mühüm vəzifələrindən biri də qazanılan reseptiv bacarıq kimi oxunun kommunikativ şəkilə inkişaf etdirilməsidir. Oxunun düzgün təşkili və tədrisi qarşısında duran ən mühüm məsələ şagirdlərdə ətraf aləm və real həyat hadisələri haqqında düzgün obrazlı təsəvvürlər əsasında bilik və bacarıqlar formalaşdırmaqdır. Xarici dilin tədrisində  oxu nə qədər tələb olunan bacarıq olsa da, onun düzgün təşkili və tədrisi prosesində hələ də problem və çətinliklər mövcuddur. Bir çox hallarda şagirdlərimiz hələ də xarici dildə mətnləri oxuyub tərcümə etmək və məzmunu şüurlu şəkildə anlamaq üçün bir neçə sualları cavablandırmaqla bu fəaliyyəti başa çatmış hesab edirlər. Ənənəvi olaraq belə vərdişlər onlarda mövzu ətrafında sərbəst kommunikasiya qurmağa həvəsləndirmir.İllər boyu bizdə oxu bacarığı dedikdə, oxu texnikasının səviyyəsi nəzərdə tutulub. Düşünürdük ki, əgər şagird səlis oxuya bilirsə, deməli, oxu bacarığına yiyələnib. Oxuyub qavrama bacarığını yoxlama texnologiyası isə milli təhsilimizdə çox zəif olub. Ən yaxşı halda verilmiş mətndən hər hansı nəqli cümlə çıxarılıb, sual cümləsi şəklində tapşırıq kimi qoyulurdu.
        Qey etmək lazımdır ki, oxu fəaliyyəti və bacarıqlarının düzgün inkişaf etdirilməsi səmərəli kommunikasiyanın açarı kimi sərbəst düşüncənin əsasını qoyur. Oxu mətnləri üzərində yeni söz və ifadələrin müzakirə və şəkillərdə, vizual görüntülərdə öyrənilməsi, məzmunun şüurlu anlaşıılmasıa istaqamətləndirir. Bunun üçün oxu mətnləri üzərində maraqlı nitq tapşıırıqları, qısa şərhlərin təşkili, müqayişələrin, analizlərin aparlması və oxunun yaradıcı tətbiqi arxa planda qalırdı. Təlimdənkənar oxu fəaliyyətinin inkişaf etdiriməsi, ekstensiv oxu vərdişlərinin qazanılmsı, maraqlı ədəbiyyatların oxunmaı və şagirdlərin ümumi orta təhsil mərhələsində mütaliə mədəniyyətinin qazanılması ən vacib tələblərdən biridir. Çünki, ekstensiv oxu şagirdlərin idrak qabiliyyətini inkişaf etdirir və əqli fəallığı artırır. Oxu eleə bu mərhələdə şagirdlərdə ideya-siyasi, mənəvi-estetik vərdişlərini tez formalaşdırır, onlarda vətənə məhəbbət, ailəyə hörmət, dosta sədaqət, xeyirxahlıq, mərdlik, fədakarlıq, təvazökarlıq, düzgünlük kimi mənəvi  keyfiyyətləri formalşadırır. Oxu fəaliyyətinin kommunikativ şəraitdə formalaşması şagirdlərin şifahi və yazılı şəkildə ifadə etmək bacarığını atırır, onlarda şüurlu, düzgün, sürətli və ifadəli oxu, oxunmuş mətnin məzmununu şərh etmək bacarıqları yaradır. Vacib hesab edilən və düşünülmüş bu metodikalar üzərində qurulan oxu şagirdlərin dünyagörüşünü genişləndirir, söz ehtiyatını zənginləşdirir, nitq mədəniyyətini inkişaf etdirir. Oxu dərslərində ünsiyyətin formalşdıran və məntiqi təfəkkürünü inkişaf etdirən tarşırıqların, fəaliyyətlərin tətbiqi oxu mətnləridə məntiqi əlaqələrin tapılması, əşya və hadisələrin müqayisəsi, oxşarlığına və fərqinə görə onların tutuşdurulması, ümumiləşdirmə və nəticə çıxarmaq kimi bacarıqlar formalaşır. Bunun üçün oxu mətnlərinin dinləyib-anlama, danıçma və yazı fəaliyyəti daxilində  aparılması daha çox ünsiyyəti formalaşdırır. Oxu mətnlərinin yaradıcı mərhələdə inkişaf etdirilməsi, oxu mətnlərinin personallaşdırırlması, oxudan sonra  sərbət yazıların təşkili, məzmuna “sözlə” rəsmin çəkilməsi, əsərin səhnələşdirilməsi və s. kimi üsullardn istifadə edilməsi səmərəli nəticə verir.
        Beləliklə, ümumi orta təhsil mərhələsində (5-6 siniflər) oxu fəaliyyəti elə təşkil edilməlidir ki, təlimdə şagirdlərin birbaşa ünsiyyət bacarıqları düzgün formalaşsın və kommunikativnitq vərdişlərinin qazanılsın.



İstifadə olunmuş ədəbiyyat
1.      Anderson, R.C., & Pearson, P.D. (1984). A schema- theoretic view of basic processes in reading comprehension. In P.D. Pearson (Ed.), Handbook of reading research (255-291). New York: Longman.
2.      De Certeau, Michel. "Reading as Poaching." The Practice of Everyday Life. Trans. Steven F. Rendall. Berkeley: University of California Press, 1984. 165-176.
3.      Day RR & J Bamford (1998) 'Extensive Reading in the Second Language Classroom' Cambridge:CUP
4.      McCallum, R. S., Krohn, K. R., Skinner, C. H., Hilton-Prillhart, A., Hopkins, M. Waller, S., & Polite, F. (2010). Improving reading comprehension of at-risk high-school students: The art of reading program. Psychology in the Schools, 48(1), 78-86.




      QEYDİYYAT VƏRƏQİ
“ Xarici dillərin tədrisinin aktual problemləri “ adlı
Respublika elmi-praktiki konfrans

İştirakçının adı, atasının adı və soyadı: Tahirə Xsmmmədova
Şəhər: _Qazax rayonu
İtirakçının iş yeri (adı və ünvanı)Şəhər 3 nömrəli tam orta məktəb
İştirakçının ünvanı:Qazax rayonu
Telefon (ev, iş, mobil): _050 5891787
E-mail: tahire-033@hotmail.com
Lazım olan texniki avadanlıq:kompyuter, proyektor




Hiç yorum yok:

Yorum Gönder