İngilis dilinin səmərəli tədrisi metodikası
Son vaxtlar xarici dilin tədrisi metodikasında çox böyük yeniliklər əldə edilmiş və şagirdlərin xarici dilə davamlı yüksək marağı təlim prosesinə də təsir etmişdir. Avropa standartlarına inteqrasiya edərək ingilis dilinin tədrisi zəngin və maraqlı resursların istifadəsinə yer vermişdir. Bu gün ingilis dilinin tədrisində fənn kurkulumlarına istinad edərək məzmun standartlarının, strategiyaların tətbiqi, yeni metodlardan istifadəsi onun mənimsənilməsində ən uğurlu vasitədir.
İşlədiyim Humanitar Fənlər Gimnaziyası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərdir. Gimnaziyada ingilis dilinin tədrisi üzrə Britaniya Şurasının İntensiv Tədris layihəsi əsasında aparılır. Müəllimlər bu layihə üzrə təlimlərə cəlb olunur, təlimin səmərəli təşkili yollarına bələd olur və ingilis dilinin yeni metodikasına yiyələnirlər. Bu layihəyə əsasən proqramda Təhsil Nazirliyinin milli dərsliklərindən yox, Kembric Universitetinin “Fun English” dərsliklərindən və V-VII siniflərdə isə siniflərdə “Cambridge English for Schools” vəsaitindən istifadə olunur. İntensiv tədris layihəsi üzrə ingilis dilinin standartlar əsasənda tədrisi daha səmərəli təşkil olunur. Dərslər şagirdlərin sərbəst fəaliyyətinə istiqamətlənir, dili ünsiyyətdə qazanaraq davranışda dili öyrnirlər. Yəni şagirdlər ingilis dilini qarşılıqlı dialoqda, oyunlarda, musiqidə, tamaşalarda söz və ifadələrin yerli-yerində işlədilməsi, əyləncəli oyunlarda sərbəst nitq vərdişləri qazanması ilə əldə edirlər. Bütün bunlar nəzərə alınaraq dərslər hər bir şagirdin tələbatına uyğun keçirilir.
Birinci sinifdlərəd ingilis dili yalnız dinləmə və qavrama yolu ilə mənimsənilir və aşağı siniflərdə ingilis dili həftədə üç saata tədris olunur. Dinləyib-anlama vərdişlərinin qazanılmasında Fun English dərsliyində daha çox tapşırıqlar verilmş, şagirdlər disklrəin səsləndirilməsi zamanı fonetik çalışmalarda səsləri təkrarlayır, söz və ifadələri asanlıqla seçir və tonu, vurğunu düzgün müəyyən edirlər. Müəllimin də canlı disk modeli rolunda çıxış etməsi şagirdlərdə maraq yaradır. Kiçik qruplarda və ya cütlüklərdı şagirdlər şəkillər, illustrasilyalar və slaydalar üzərində hərfləri səslərlə uzlaşdırır, düzgün tələffüz edir, onlara aid şəkilləri düzgün seçir və cümlədə asanlıqla işlədirlər. Bir neçə nümunəni təqdim etmək istərdim:
Spelling Activities, Word Search, Missing
Letters, Rhyming words
Bu şəkillərdə şagirdlər həm müxtəlif obyekt ləri tanıyır və adlarını hərfləri yerinə qoyaraq hecalrala tələffüz edir, ritmik sözləri düzgün tələffüz edərək digər obyektləri asanlıqla tapırlar.
Fun English eyni zamanda şagirdlərin yaradıcı təfəkkürünü formalaşmasına kömək edir və sərbəst fikir yaranmasına imkan yaradır. Bu vəsaitdə şagidlər hərflərin köməyi ilə sözlərdən verilmiş evi qurur və çoxlu söz öyrənirlər. Evin qurulmasında müxtəlif obyektlərin olmasını dəqiqləşdirir, əsas hissələri düzgün yerləşdirməklə sözlərin də düzgün yerləşdirilmısinə nail olurlar. Belə iş vərəqləri şagirdlər tərəfindən çox böyük maraqla istifadə olunur və vizual şəkildə dilin qazanılmasına nail olurlar. Eyni zamanda bu iş vərəqlərini cəld hərəkətlə və əyləncəli şəkildə yerinə yetirir, hərfləri əzbərləmək yox, sözləri kəsik hərflərləri uzlaşdıraraq tapır və tələffüz edirlər.
İntensiv layihə çərçivəsində ingilis dilinin şifahi nitqin inkişafı təlimin əsas fəaliyyət təlb edən hissəsidir.
İngilis dilində danışma bu dildə sərbəst nitqin və tələffüzün düzgün formaıaşmasına imkan yaradır. Bunun üçün sinifdaxili ifadələrin, müraciətlərin, komandaların öyrənilməsi, salamlaşmaların, təqdimatların, sorğuların, təbriklərin və s. ünsiyyət yaradan ifadə və söz birləşmələrinin mənimsənilməsi dərslikırin əsas hissəsini təşkil edir.
Kembric dərslikıri ingilis dilinin tədrisində tərbiyəvi məqsəd daşıyaraq şagirdlərin əqli və psixo-emosional potensialının fəaliyyətə başlaması və inkişaf etdirilməsini nəzərdə tutur. Şagirdlərin yaddaş, fantaziya, əks edilmə, çox növ düşüncə kimi davranışları formalaşır, özünün, başqalarının xarici aləmə olan müsbət yanaşmasını inkişaf etdirir. Belə tapşırıqlar eyni zamanda şagirdlərin həyat vərdiş bacarıqlarını inkişaf etdirir,iradə, diqqətin səfərbər edilməsi, qaydalara riayət etmək, hörmətlə yanaşmaq, sinif əşyalarını qaydaya salınması, cütlükdə, qrupda qarşılıqlı köməklik və əməkdaşlığa üstünlük verirlər.
Rəna Rəhimova,
S.C.Pişəvəri adına Humanitar Fənlər
Gimnaziyasının ingilis dili müəllimi
S.C.Pişəvəri adına Humanitar Fənlər
Gimnaziyasının ingilis dili müəllimi
Hiç yorum yok:
Yorum Gönder