20 Ekim 2017 Cuma

İNSANLIQ ADINA QARA LƏKƏ Xocalı faciəsi

Конец формы


   İNSANLIQ ADINA QARA LƏKƏ
Xocalı faciəsi
                                         
“Qarı” düşmən dost olmaz. “Kitabi Dədə Qorqud“ - qara donlu kafirlər haqqında azərbaycanlılara hələ 1300 il bundan əvvəl xəbərdarlıq etmişdi.
XI əsdə yaşamış, dünyanın isti-soyuğunu görmüş, acı-şirini dadmış, çarpışmalar, çəkişmələr şahidi və iştirakçısı olmuş qoca bir atanın–Ziyarilər xanədanının son hökmdarı Unisürülməali Keykanusun öz oğluna yazdığı vəsiyyət və nəsihət kitabı olan “Qobusnamə”də deyilir: “erməni bədfel, kündəbədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş sevən, ürəyi xıltlı, ağasına düşmənçilik edəndir. Ümumiyyətlə, onlar başdan-ayağa müsbətdən çox mənfiyə yaxındırlar”.  
A.S.Puşkin onlar haqqında qısa lakonik bir tərif vermişdir: ”Sən riyakarsan, sən ikiüzlüsən... çünki sən ermənisən”.
XIX əsrin əvvəllərində Qafqaza səfər edən dahi fransız yazıçısı A.Düma ermənilər haqqında deyirdi: ”...Var dövlətlərini gizlətməyi üstün tutmuşlar, fikir və duyğularını gizli saxlayan, hiyləgər, kələkbaz adamlara çevrilmişlər... Azərbaycanlı ilə isə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı”.                   
Çox təəssüflər olsun ki, xalqımızın taleyinə də belə mənfur xislətə malik olan bir xalqla qonşu olmaq qisməti yazılmışdır. Bu bədxah qonşuların əlindən həmvətənlərimin başı çox müsibətlər çəkmiş, hüquqları tapdalanmış və bu yaramaz hərəkətlər mərhələ-mərhələ təkrar olunmuşdur.
Acizanə, yazıq görkəmləri ilə özlərini azərbaycanılara yazıq, əzabkeş xalq kimi tanıdan bu insanlar vaxtilə torpaqlarımızda hissə-hissə sığınacaq tapmış, sonralar isə ”Ayağıma yer edim, gör sənə nə eyləyim” prinsipi ilə yaşayaraq məskunlaşdıqları torpaqları özününküləşdirmək iddiasına düşmüşlər. Dağlıq Qarabağı müvəqqəti olaraq öz qara pəncələrinə keçirdikdən sonra ətraflara da əl atmağa başladılar. Tarix boyu Azərbaycan xalqı çətin sınaqlarla qarşı-qarşıya gəlmişdir. Bu sınaqlara mərdliklə sinə gərən xalqım bəzən uğursuzluqlara da uğramışdır. Əslində bunlara uğursuzluq demək, məncə çox ağır günah olar. Bunlar uğursuzluq deyil, faciədir, insanın insan qanına susaması kimi dəhşətli faktlardır.
Həyatda hər kəsə yaşamaq hüququ, azadlıq və təbii sərvətlərdən istifadə etmək hüququ verilmişdir. Allah Azərbaycandan heç bir neməti, təbii sərvətləri, gözəllikləri əsirgəməmişdir. Başı dumanlı Azərbaycanımın azadlığı da, gözəlliyi də özünə qənim kəsilmişdir. Tarixin müəyyən mərhələlərində əsarət altında, satqın, vicdansız insanların hakimiyyəti altında olduğumuzdan Allahın bizə verdiyi nemətlərin qədrini bilməmişik. Dostu-düşməndən ayıran zaman təzyiqlərə məruz qalmışıq. Oyandıqda isə çox gec olmuşdur. Artıq torpaqlarımızın bir hissəsi alınmış, soydaşlarımız didərgin salınmış, tariximiz qanlı səhifələrlə dolmuşdur. Bu səhifələri vərəqlədikcə Xocalı fəryadının sədaları qəlbləri göynədir, ürəkləri sızladır. İlahi, insan nə qədər quduzlaşar, nə qədər günahsız qanlar axıdarmış?!  Hələ xalqımın gözlərində yaş qurumamışdı. “20 Yanvar”ın günahsız qurbanlarının, Qarakənd səmasında düşmən gülləsinə tuş gələn say-seçmə oğulların faciəsini yaşayan xalqımızın qəlbində daha bir dərin yara açıldı. Xocalının taleyi də Xocavəndinkinə bənzədi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının adı Ermənistanın Azərbaycana qarşı ədalətsiz müharibəsinin qanlı səlnaməsinə daxil oldu. Hər şeydən bixəbər xocalılar nə biləydilər ki, Xocalı şəhəri də qara siyahıya düşüb və onu əldə etmək üçün düşmən hər cür ağılasığmaz cinayətlər törədəcək. O gün Azərbaycan xalqının ən faciəli günlərindən biri oldu. O gecə ağılasığmaz dəhşətlər yaşandı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda öz dəhşətləri ilə dünyanı heyrətə gətirən, tarixin yaddaşına qanla hopmuş Xatın, Xirosima, Nakasaki, Sonqmi kimi faciələri öz dəhşətləri ilə geridə qoyan bir faciə baş verdi. O gecə “Böyük Ermənistan” xülyasina düşən ermənilər Xocalıda misli-bərabəri olmayan bir soyqrım törətdilər. Bu, bir terror aktı idi. Biz o gecənin şahidi olsaq da, o dəhşəti ifadə etməyə sözlərin gücü çatmır. Ancaq hadisələri ifadə etdikcə, düşmənə nifrətimiz çoxalır. O gecə saat 17 radələrində Xocalının göyləri top atəşindən qara, yerləri isə qan rənginə boyandı. Qəfil hücumdan pərən-pərən olmuş, gülləyə, mərmi yağışına tuş gəlmiş insanların harayı, fəryadı göyə bülənd oldu. Fəqət bu iniltilər, nalələr insanlıqdan çıxmış, quduzlaşmış ermənilərə (mən bu fəlakəti törədənlərə insan deyə bilmirəm) təsir etmədi. Ağabəyim ağanın, Xurşidbanu Natəvanın vətəni göylərində dolaşan nigaran ruhları da bu faciədən dəhşətə gəldi. Görəsən bu qorxulu yuxumu idi? Ya doğrudanmı düşmən bu qədər quduzlaşarmış? Həmin gecə erməni quldurları Rusiya imperyasının Xankəndində yerləşən 366-cı moto atıcı alayı bölmələrinin iştirakı ilə Xocalını gülləbaran etdilər. O gecə 7 min əli silahsız, özü günahsız əhalinin taleyinə qara bulud çökdü. 7 min əhalinin 613 nəfəri vəhşicəsinə qətlə yetirildi. 1275 nəfər əsir götürüldü. 1000 nəfərdən artıq günahsız insan düşmən gülləsinə tuş gəldi. 83 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca, 76 nəfər yeniyetmə qız və oğlan, 278 nəfər cavan oğlan və qızın həyatına son qoyuldu. Minlərlə insanın Tanrı vergisi, tale yazısı olan ömür-gün payını yarıda qoyan cəlladların qəlbində tanrı qorxusu yoxdurmu, Allahım! Güllə yağışına tutulan o gecənin ah nalələri daşı, torpağı da ağlatdı. Daş qəlbli canilər isə insani hisslərdən qat-qat  uzaqlarda idilər.
Meşələr quduzlaşmış canlılardan qaçan insanlar üçün son sığınacaq oldu. Kimi yolda dondu, kimi güllələndi, kimi isə itgin düşdü. Son sığınacaq olan ağacların gövdəsinə insan qanından naxışlar vuruldu. Xocalının taleyi bax beləcə ən ağılasığmaz işgəncələrlə  ermənilərin əllərinə tapşırıldı. Əhaliyə amansızcasına divan tutmuş, şəhəri yerlə yeksan etmiş ermənilər heç kəsə, qocaya, qadına rəhm etmədilər. İnsan nalələri, ah-vay səsləri, iniltilər, haraylar, imdad çağırışları onların vicdanlarını rahatsız etmədi. Əksinə, insanları öldürməklə kifayətlənməyən ermənilər bu zavallılara qeyri-insani cəza üsulları ilə də əziyyət verdilər. Öldürməklə ürəkləri soyumayan kafirlər insan cəsədləri üzərində əməliyyat apardılar, ölülərin burnunu kəsdilər, gözlərini çıxardılar, başlarının dərisini  soydular, bədən üzvlərini parça-parça etdilər.
Bu günahsız əhaliyə heç kəsin köməyi olmadı. O gecənin dəhşətlərini anlatmaq üçün sözlər yetməz. Bircə faktı yada salmaq istəyirəm. Meşələrə pənah aparan insanlar orada da amansız ermənilərin puskusuna rast gəlir, ya güllələnir, ya da əsir alınırdılar. O ayazlı, şaxtalı gecədə çöllərə səpələnən insanları quduz it kimi axtarıb tapır və amansızcasına qətlə yetirirdilər. Öz yaxınları ilə birgə meşəyə qaçan və hərisliklə meşələri gəzərək insan ovuna çıxmış düşməni duyuq salmasın deyə ağlayan körpəsini öz əli ilə boğan və yenidən qoynuna basaraq qaçan anada nə qədər böyük fədakarlıq varmış İlahi? Çox böyük çətinliklə yırtıcıların pəncəsindən qurtaran zaman övladını torpağa  tapşırmaq istəyən ana üçün möcüzə baş verir. Uca Tanrının möcüzəsi, Tanrı sevinci, tale qisməti. Körpə sağ qalmışdı.
Ermənilərin ən çox sevdiyi ideoloqlardan biri olan Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda törətdikləri soyqrım haqqında yazır: ”Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından  dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı”.
Daha bir erməni müəllif, David  Xerdiyan “Xaç uğrunda“ kitabında fəxrlə xatırlayır: ”Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Buna görə podpolkovnik Ohanyan mənə bildirdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meydinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meydin üstündən keçdim”.
Bəli, bu da erməni etirafı, bu da erməninin öz əli ilə yazdığı erməni xisləti. Bu sətirləri oxuyan zaman insanın damarlarında qanı belə donur. Erməni isə bununla fəxr edir, törətdiyi cinayət haqqında hətta kitab belə yazaraq öz iç üzünü, öz nasisit fikirlərini bütün dünyaya bildirir. Bütün dünya isə bu vəhşiliyə, bu vandalizmə göz yumaraq etiraz belə etmir, susur.
Yaxşı ki, xalqımızın igid, ölümün gözlərinə dik baxa bilən qorxmaz oğulları var. Reportyor Çingiz Mustafayev o gecəni tarixin salnaməsinə yazmaq, bütün dünyaya erməni təcavüzünün dəhşətlərinin nəticələrini bəyan etmək və hər bir Azərbaycan vətəndaşının yaddaşına bu faciəni əbədi yazmaq üçün faciə zonasına yollandı. Hönkürtü içində lentə köçürülən kadrları həyacansız izləmək mümkün deyil. Çingiz Mustafayevin fədakarlığı sayəsində xarici jurnalistlər də baş verən faciə yerinə getmiş, cinayəti öz gözləri ilə görmüşlər.
“Bütövlükdə Azərbaycan xalqına yönəldilmiş Xocalı soyqrımı öz ağılasığmaz qəddarlığı, qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqrımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayyətdir” deyən ulu öndərimiz, Azərbaycanın mərd oğlu H.Əliyevin fərmanı ilə hər il fevralın 26-sı saat 17.00-da sükut dəqiqəsi elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.
Deyirlər qisas qiyamətə qalmaz. Biz azərbaycanlılar da bu günün gələcəyinə öz varlığımız kimi inanırıq. Boğulmuş körpəyə yenidən həyat verən Tanrı möcüzəsi yenə baş verəcək. Haqq-ədalət bərqərar olacaq. Axı, həqiqəti axar suya bənzədiblər babalarımız. Gec-tez o gün gələcək. Artıq o yola aparan izlər açılmaqdadır.
İstifadə olunan ədəbiyyat:
1) ”Kitabi Dədə Qorqud” Azərbaycan dövlət nəşriyyatı. Bakı 1962.
2) ”Qabusnamə” Azərbaycan Elmlər Akademiyası. Bakı 1963.
3) Aleksandr Düma “Qafqaz səfəri” Bakı Yazıçı 1985.
4) Zori Balayan “Ruhumuzun dirçəlişi”
5) David Xerdiyan “Xaç uğrunda “
6) Google az. Xocalı soyqırımı.
e- resurslar: Google Khojaly massacre.
http://www.human.az http://chodschali.de/ http://www.justiceforkhojaly.org/ http://www.khojaly.net/ http://www.khojaly.org.az/ http://www.azerigenocide.org/
Tahirə XASMƏMMƏDOVA,
                                           İ.Qayıbov adına Qazax şəhər 3 saylı tam
                                            orta məktəbin ingilis dili müəllimi.   


Hiç yorum yok:

Yorum Gönder