Xarici dildə oxu
zamanı şagirdlərdə yaradıcı təfəkkürün inkişaf etdirilməsi
Açar sözlər:akademik oxu,ekstensiv oxu, linqvistik qabiliyyət,
interpretasiya
Key words:
academik reading,
extensiv reading,lingvistic skill,interpretation,
Ключевые слова:чтение, общение, обширное
чтение, лингвистические способности, интерпретации
Beynəlxalq
təcrübə, Avropa Şurasının təqdim etdiyi əsas kompetensiyalara əsaslanaraq
xarici dilin tədrisində keyfiyyət dəyişiklikləri şagirdlərin kommunikativ
bacarıqlarını inkişaf etdirmək,qazandığı naliyyətləri başqalarına ötürmək,onlarla
fikir,təctübə mübadiləsi aparmaq kimi xüsusiyyətlərinformalaşması üçün şagirdlərdə
oxu bacarığı ön plana çəkilir.
Ümumi təlim nəticəsi kimi şagird oxuduğu mətnin
planını tərtib edir, məzmununu yazılı tezislə ifadə edir, müstəqil surətdə sadə
süjetli mətnlər qurur. Oxu fəaliyyəti üzrə məzmun xəttinəəsasən şagird akademik
oxu bacariğina yiyələnir.
H.Qardner nəzəriyyəsinə görə verbal
(linqvistik)qabiliyyəti olan şagirdlər daha çoxlu suallar verir, oxumağı
xoşlayır və bunun üçün də yaxşı lüğətə malik olur və asanlıqla dil öyrənə
bilir. Oxu bacarıqları şagirdlərdə idraki(koqnitiv),
affektiv (hissi-emosional), psixomotor və ya
praktiki bacariqlarını inkişaf etdirir.
Beləliklə şagirdlərdə linqvistik qabiliyyəti inkişaf etdirməklə onlarda
oxu bacariqları əsasında yaradıcı təfəkkürünü inkişaf etdirə bilər. Bunun üçün
şagird mətni oxuduqdqn sonra :
·
öz sözləri ilə danışır və ya yazır;
·
hekayədə müəyyən hissəni təsvir etmək üçün
ona uyğun şəkillər çəkir və kəsir;
·
oxuduğu mətnin əsas ideyalarını şəkillərlə təsvir
edir;
·
oxuduğu mətnin məzmununa aid sinfə hesabat
verir;
·
oxuduğu hekayə əsasında səhnə yazır və oyun təşkil
edir;
·
oxuduğu hekayəni başqalarına izah etmək üçün
qısa icmal yazır;
· qəhrəmanın problemlərini
məhz bu cür həll etmək mümkün olmasını sübut
etmək üçün dəlillərə
əsaslanir;oxuduğu mətni qavramaqlqla şagird interpretasiya(yorumlamaq) edərək mənasını
anlayir.
Bu cür suallara cavab verə bilir.
-Qəhrəmanın yerində sən olsaydın neynərdin?
-Niyə hekayə belə qurtardı?
-Hekayəni sən necə davam etdirərdin?
Oxu nəticəsində
idraki,məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf edir.
Beynəlxalq təhsil
sistemində oxu Kanadada
tədris proqramına ev işi
formasında daxil edilmişdir.Bu o demək deyildir ki,şagird
oxunu yalnız evdə tətbiq edir.Verilən
əsəri şagird evdə və ya kitabxanada oxuyur,təhlil edir, şərh edir,esse
yazır,dəyşdir,yenisini yaratmaq kimi yaradıcı təfəkkürü inkişaf etdirən
tapşrıqlar icra eir.
Ənənəvitəlimdən fərqli olaraq bu cür keçirilən
ekstensiv oxu şagirdlərdə əşya və hadisələri fərqləndirmək,onlardan nəticə
çıxarmaq, onlara düzgün münasibət bildirdikdə səlis nitqdən istifadə edərək
xarici dil nitqmədəniyyətinə sahib olur.Onu öz dili ilə müqaisə edir,şüurliu
şəkildə xarici əsərlərdə rast gəldiyi ifadələri öz nitqində istifadə edə
bilir.Oxuduğu əsərdən nəticə çıxarmağı bacarır, ədalətlik,mərdlik,
düzgünlük,vətənə məhəbbət kimi hisslər aşılanır və onları yeri gəldikcə tətbiq
etmək yollarını inkişaf etdirirlər.
Beləliklə oxu vərdişlərini şagirdlərə aşılamaqla
onları hələ kiçik yaşlarında təxəyyülün formalaşmasında mühüm rol
oynayır,onları əsl vətəndaş, vətənini sevən, onun mədəniyyətini,tarixini,xarici
ölkələrdə təmsil edən bir vətənpərvər insana -şəxsiyyətə çevirir.
İstifadə
olunmuş ədəbiyyat
1.
Anderson, R.C.,
& Pearson, P.D. (1984). A schema- theoretic view of basic processes in
reading comprehension. In P.D. Pearson (Ed.), Handbook of reading research
(255-291). New York: Longman.
2.
De Certeau, Michel. "Reading as
Poaching." The Practice of Everyday Life. Trans. Steven F.
Rendall. Berkeley: University of California Press, 1984. 165-176.
3.
Day RR & J Bamford
(1998) 'Extensive Reading in the Second Language
Classroom' Cambridge:CUP
4.
McCallum, R. S., Krohn, K. R., Skinner, C. H., Hilton-Prillhart,
A., Hopkins, M. Waller, S., & Polite, F. (2010). Improving reading
comprehension of at-risk high-school students: The art of reading program.
Psychology in the Schools, 48(1), 78-8
5. www.nclrc.org/essentials/reading/stratread.
6.htmhttps://alt.brookhavencollege.edu/.../readingtheappforlife/.../.
Hiç yorum yok:
Yorum Gönder