TƏHSİLƏ
YENİ BAXIŞ VƏ YA TƏXƏYYÜLƏ ƏSASLANAN TƏHSİL.
Tahirə
Xasməmmədova .
İ.Qayıbov adına Qazax şəhəri 3 saylı tam orta
məktəbinin ingilis dili müəllimi. 

Müasir cəmiyyətdə təhsil yüksək qiymətləndirilir
və əksəriyyət insanlar təhsil almağa çalışırlar. Bu gün məktəblərdə, kolleclərdə
və s. təhsil müəssisələrində elm, texnika və mədəniyyətin müxtəlif sahələrini əhatə
edən biliklər artıqlaması ilə verilir. Ancaq insanlar daxili rahatlıq, xoşbəxtlik
hissi keçirmirlər. Bu günkü təhsil insanın ruhuna deyil, ağlına istiqamətlənmiş
məlumat sistemidir. O, insana özünü dərk etməyə və xarakterini formalaşdırmağa
kömək etmir. Axı, əsil təhsilin mənbəyi insanın ruhudur. İnsan təlim prosesi
zamanı öz qəlbini sevgi ilə doldurmalı və xarakterini inkişaf etdirməlidir. Biz müəllimlər heç vaxt yaddan
çıxarmamalıyıq ki, uşaq
fərd kimi inkişaf edə bilmək üçün özü olmalıdır, ona fərd kimi inkişaf etmə,
özü olma imkanı verilməlidir.
İstər valideyn övladının, istərsə də müəllim şagirdinin uğur qazanmasını istəyir.
Lakin doğru olanı uşağı uğuru özü üçün qazanmasına təşviq etməkdir.Uşağı çox təhqir
etdikdə, o, iki ən vacib insanı duyğusunu itirir xəcalət və utanma
duyğusunu.Uşaqlar səs salmaları, nadinclik etmələri ilə gözəldir.
SİNİF MÜƏLLİMİN VƏTƏNİDİR. ONU QORUMAYAN, KEŞİYİNİ ÇƏKMƏYƏN MÜƏLLİM
ƏSL MÜƏLLİM OLA BİLMƏZ...
Mənə elə gəlir
ki,bizdə görmə bacarığı olmalıdır.Müəllim istiqamət və məqsədi təyin edir.Şagird
isə bu istiqamətdə cığır açır.Bu işdə biz onlara nümunə olmalıyıq. Biz özümüzü
sevdirməyə can atmamamlıyıq,özümüz başqalarına qarşı sevgi ilə dolu olmalıyıq.
Nümunəvi müəllim:
-şagirdlərə həyatda
öz yollarını tapmaq üçün imkan yaratmaq
-dost
-hər bir şeyi səbrlə izah
etmək ,lap yumurtadan cücə çıxan kimi.
–israrlı
-yumor
hissi
-düşüncə genişliyi
-hazırkı
məqamla yaşamalı
-bir müəllim olaraq dəniz fənəri olmalıdır.
3 cür müəllimlər
var: daim şikayyət edən,öyrədən,ilhamlandıran müəllim.
Təhsil sevgi və nümunənin vəhtəti
olmalıdır.Əsl müəllim şagirddən gözlənilən olmalıdır,şagirdləri münasib şəkildə
formalaşdırmağı bacarmalıdır,şagirddə olan qabiliyyəti görməlidir.Müəllim nümunə
olmalıdır,şagirdlər isə bu nümunəni öz şəxsi təcrübələrinə çevirməlidirlər.Yəni
qab necədirsə, su da elə olmalıdır.-LİKE TEACHER, LİKE STUDENTS.
Bizim xasiyyətimizdə kamil olmayan şeylər də var.Bununla belə şagirdlər
bizi təqlid edir.
Nagıl: Bir müəllımin çoxlu şagirdlri var idi.O
daim hamıya məsləhətlər verirdi.Bir valideyinin qızı çoxlu şirniyyat
yeyirdi.Anası bu müəllim haqqında eşıtdi və qızını onun yanına apardı.
-Mənim, qızım yalnız şokolat yeyir.Müəllim
ona heç nə demədi. Şagirdlər təəccübləndilər.Sonra müəllim dedi:
- Mənə bir müddət vaxt verin.
Deyilən
vaxt keçdikdən sonra valideyin qızı ilə gəlir.
-Mənim qızım ancaq şokolat yeyir.Müəllim:
-Şirniyyat yemə.Ana təəccübləndi:
-Elə bu?
Çünki müəllim özü şirniyyat
yeyirdi.Özü bunu etdiyi halda başqalarına necə məsləhət verə verə bilərdi?
Əgər müəllim dərsə gecikirsə ,o şagirdlərə necə deyə
bilər ki,dərsə gecikməsinlər.
Hekayə:6 kor var idi .Onlar eşitdilər ki,imperator
onların şəhərinə gəlir və onlara dedilər ki,imperator filin üstündə gəlir.Kor
olduqları üçün fil haqında təsəvvürləri yox idi.Onlara dedilər ki,imperator gələndən
sonra onları fil ilə tanış edəcəklər.

Bir kor əlini filin xortumuna vurur
1-Xortum ,nazik uzundu ilana oxşayır.
2-ayaq- stuna

4-qulaq-yelpik
5-dişi-silah
6-quyruq- kəndirə bənzədir.
Müəyyən vaxt keçdikdən sonra hərə fil
haqqında bir fikir söyləyir və mübahisə edirlər.Bizim gözümüzdə də həqiqət elə
bu cürdür.Bəs onlar fil haqqında düzgün təsəvvürü necə əldə etdilər?Onların hər
biri hiss etdiklərini bölüşdükdən sonra bir təsəvvür yarandı.
Biz də öz
şüurumuzu genışləndirməliyik,təhsilin vasitəsilə-təhlil-tətbiq -analiz –sintez-sorğu-problemlərin
həlli həqiqətə gedən yollardır.
Metodlar
-Daxili aləmdə fikir cəmləşdirmə metodu
-Dahilərdən sitat metodu
-Qrup halında mahnı oxuma metodu
-Qrup fəaliyyəti metodu
Hər bir
metod şəxsiyyətin səviyyəsini aktivləşdirmək üçündür.Biz şagirdlərə öyrənməyi
öyrədirik.Bu birbaşa və ya dolayı yolla ola bilər. Dərsi devizlə başlaya bilərsiniz.
Bu, günün sitatı da ola bilər.Məsələn: Hamını
sevin! Hər kəsə kömək edin! Heç vaxt yalan söyləmə!
Bu sitatlar sonradan onların xatirələrində qalir.Onlar hətta bunu
köynəyin üstünə belə yazırlar.Dahilərin sitatı da ola bilər. Məsələn:Eynşteyn: “Hər kimsə həyatında səhv
buraxmayıbsa,deməli o heç vaxt yenilik etməyə cəhd etməyib.”Uşaqları
inandırmalıyıq ki, onlar orfoqrafik səhv edə bilərlər ,əsas odur ki,düşündükləri
doğru olsun.
Tolstoy: “Hamı düşünür ki, dünyanı necə dəyişim,lakin
heç kim özünü necə dəyişməyi düşünmür.”
Bir barmağimizla kimə ilə işarə ediriksə ,bilməliyik
ki qalan üç barmaq özümüzə işarədir.
İbtidai sinif metodu:Şam işığında fikrimizi toplayırıq.O işığı ürəyimizə
yerləşdiririk,bütün bədənimizə yayarar xaricə ötürürük.Məsələn uşaqlar qərara gəldilər
ki,bu işığı həmən günü dərsə gəlməyən bir xəstə yoldaşlarına ötürsünlər.Oğlan məktəbə
gəlir və onlar anlayırlar ki,qrup şəklində bir- birinə kömək çox əhəmiyyətlidir.Eyni
zamzanda sinifdə balaca bir qutu qoyaraq
qutunun üzərinə suallar yazmaq olar.” Nə üçün mən yalan danışmamalıyam?” “ Hansı dəyər sənin üçün əzizdir?” Bunlar
hamısı anonim olmalidir ki, uşaq sərbəst
yaza bilsin. Və problemi olanın problemi
həll olunur.Ad yazmasa da belə. Çünki ibtidai sinif müəllimi hər bir şagirdin xəttini
tanıyır. Məktəbdə tərtib olunmuş
Psixoloji dəstək ağacı bizə şagirdlərin psixoloji durumu ilə yaxından tanış
olmağa imkan verir. Həhə öz istəyini
yazır,ağacdan asır.Şaxta Babaya
Məktub onların istəklərinin öyrənilməsinə bariz nümunədir.Sual verilə
bilər.Hansı dəyər sənin üçün əzizdir?
və yaxud Anama Məktub.Narahatlığı
olan uşaqların problemi bu yolla həll
oluna bilər.
İmtahandan
qabaq fikrimizi cəmləyirik.Tanrıya dua edərək,biliklərimizə və ürəyimizə müraciət
edirik və qorxu hissi gedir və tam sakitləşirik.Daxili idrakla fikri cəmləmə - özünənəzarətə
gətirib çıxarır.Bu bizim sağlamlığımıza da təsir edir,ümumi sakitləşməyə xidmət
edir və yaddaş yaxşılaşır.
Qrup şəklində
mahnı metodu dəyərin təsirini gücləndirir,səhhətimizi
yaxşılaşdırır,müsbət keyfiyyətlər aşılayır. .”Singing is making happy.”
Hekayə danışmaq şagirdlərin öyrənmə həvəsini təxəyyül,xəyali
canlandırma bacarığı
aşılayır.Dözümlülük, konsentrasiya, diqqətin paylanması,yaddaşın güclənməsinə səbəb
olur.Əhvalat danışarkən müəyyən oyuncaqlardan istifadə etmək,sonra müəyyən səhnə
yaradarq,rolları bölmək . Əgər şagird yaşlı, xəstə insanların obrazını
oynayırsa,daxilən onlara qarşı mərhəmət hissi oyanır.
Rollu oyunlar.Məs: Bir oğlan yolla gedir.Yerdə 10 manat görür
götürür.Bunu müşahidə edən sinif yoldaşları öz fikirlərini söyləyirlər.Fərdi
hisslər dinlənilir.Nəticədə elə bir qərar çixarılmalıdır ki, hamı üçün yararlı
olsun.Bu sadəcə oyun deyil,reallığa əasalanır. Əgər o,pulu götürürsə, vicdan
onu narahat edir.

A.Linkolin oğlunun müəlliminə yazdıgı məktubda deyirdi:“...əgər öyrədə
bilirsənsə qazanılan bir dolların olan beş dollardan daha qiymətli olduğunu
öyrət.Itirməyi öyrənməsini öyrət ona və qazanmaqdan sevinc duymağı. Məktəbdə
səhv etmənin hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona. Ona öz
fikirlərinə inanmasını öyrət,hər kəs ona səhv olduğunu söylədiyində belə...”.
Əgər bir insan gördüyü işdə yalnız əlləri işləyirsə,o
öz işinin fəhləsi,əl və baş birgə işləyirsə,insan öz içinin ustasına çevrilir.Əgər
əl, baş,ürək hamısı bir yerdə işləyirsə yalnız onda həmən insan öz işinn Sənətkarına
çevrilir.Biz müəllimlər isə yalnız
işimizin sənətkarı olaraq əsl müəllim –şagird münasibətləri qura bilərik.
Hiç yorum yok:
Yorum Gönder