20 Ekim 2017 Cuma

Təhsilə yeni baxış,müəllim şagird münasibətləri.

   Təhsilə yeni baxış,müəllim şagird münasibətləri.
Hörmətli qonaqlar, əziz həmkarlarım.
 (slayd 2)“ Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir. Mən müəllimdən yüksək ad tanımıram” deyən Ulu Öndərimiz ölkəmizin mənəvi sərvəti,silahı,etibarlı gələcəyi olan yeniyetmə və gənclərimizin taleyini məhz bizə həvalə etməklə Bizlərə daha vacib bir iş tapşırmışdır.
Sual 1.Rayonumuzda gedən Təhsil islahatları barədə nə bilirsiniz?
(SLİDE 1)Təhsilimizin durmadan inkişaf etdiyi bir vaxtda Qazax rayonu icra başçısı Rəcəb müəllim və Təhsil Şöbəsinin müdiri Nizaməddin müəllimlə birgə təklifi və rəyi nəticəsində Qazax rayonunda yaradilmiş ekspert müəllim qrupunun gördüyü işlərdən yəqin ki hamınız xəbərdarsınız.O qrupun tərkib üzvü olaraq rast gəldiyim bəzi məktəblərdə müəllim şagird münasibətlərinə dölvrümüzün tələb etdiyi yanaşmalara aydınlıq gətirmək istərdim.
(SLİDE3) Bir halda ki,əsgərin ,həkimin andı var,bəs onda onları yetişdirən muəllim...? Mən belə deyərdim ki, əgər müəllim içdiyi bu anda sadiq qalarsa,onda nə əsgər, nə də həkimim and içməsinə lüzum qalmaz.
(SLİDE 4)
SUAL2 Müəllimin ən böyük silahı nədir?
SLİDE5 Cubuq yoxsa xətkeş bəlkə qışqırmaq.
İLiN ƏN QISA FİLMİNİ
Deməli söz dünyanı dəyişdidiyi halda bəs biz müəllimlər  niyə sözdən istifadə etmirik? Onu təhqir etmədən, suallara cavab tələb etmədən....                                                                                                             SLİDE 6     Hekayə
Bir şagird var idi. O dərsə hazırsizlığı,gecikməyi, çirkli geyimi ilə sinifdə hamidan fərqlənirdi.Sinifdə heç kimlə kəlmə belə kəsmirdi, hətta Salam da vermirdi. Sinif rəhbəri, direktor həmişə onu dnlayirdi. Niyə?.... deyə suallar verirdi.
Günlərin bir günü onun fənn müəllimi dərsdən sonra şagird oturan partaya yaxınlaşır,onun başını sığallayaraq deyir:                             Mən bilirəm sən əslində heç dərsə gecikmək istəmirsən.Mən səni başa düşürəm deyir.                                                                                        -Bəli,müəllim istəmirəm.                                                                                                     -İstəmirsən.                                                                                                    -Əslində mən lap tezdən dururam.                                                                               -Tezdən durursan.                                                                                                      -Tezdən magazalara çörək daşımağa kömək edirəm.                                                             -Kömək edirsən.                                                                                                         -Etməliyəm çünki  anam xəstədir.                                                  Xəstədir...........deyərək şagirdə heç sual belə vermədən, onun sözlərini sadəcə təkrarlayaraq məqsədinə nail olur.Beləliklə şagirdin problemi çözülür.Məktəb kollektivi,icra hakimiyyəti,sinif yoldaşları köməklə yanaşı ona hörmət etməyə başlayırlar.Bir ailənin taleyi həll olunur. Fərqli bir yanaşma tərzi nəticəsində  
SLİDE 7. Türkiyyənin uşaqlar üzrə iş mütəxəssisi doktor Erdem Söyləməz deyir:                                                                                                         - Heç bir uşaq nizam-intizam problemləri ilə dünyaya gəlmir.
- Heç bir uşaq anadan qısqanc doğulmur.
- Mən bu dünyaya hər kəsin istədiyi kimi biri olmaq üçün gəlmədim.
 - Uşaq fərd kimi inkişaf edə bilmək üçün özü olmalıdır, ona fərd kimi inkişaf etmə, özü olma imkanı verilməlidir
- Valideynin qulaq asdığı uşaq xoşbəxt uşaqdır.
- Uşaq sizin dediklərinizə qulaq asmırsa, deməli, onun başqasının onu dinləməsinə ehtiyacı var.
- Dinlənilməyən uşaq özünü dəyərsiz hiss edər.
- Ən uğursuz uşaq gördüyü işi başqasına göstərmək və tərif üçün görən uşaqdır.
- İstər valideyn övladının, istərsə də müəllim şagirdinin uğur qazanmasını istəyir. Lakin doğru olanı uşağı uğuru özü üçün qazanmasına təşviq etməkdir.
- Əsl uğur uşağın öz daxilindən gələrək əldə etdiyi uğurdur, başqasının bəyənməsi üçün əldə edilən uğur uğur deyil, şoudur.
- Uşağın öz yaşından böyük işlərlə məşğul olmasını istəmək onun bioloji ritminin pozulmasına səbəb olur.
- Uşağı çox təhqir etdikdə, o, iki ən vacib insanı duyğusunu itirir - xəcalət və utanma duyğusunu.SİNİF MÜƏLLİMİN VƏTƏNİDİR. ONU QORUMAYAN, KEŞİYİNİ ÇƏKMƏYƏN MÜƏLLİM ƏSL MÜƏLLİM OLA BİLMƏZ.                                                                                             
Slide 8. Təhsil sevgi və nümunənin vəhtəti olmalıdır.Əsl müəllim şagirddən gözlənilən olmalıdır,Şagirdləri münasib şəkildə formalaşdırmağı bacarmalıdır,şagirddə olan qabiliyyəti görməlidir.Müəllim nümunə olmalıdır,şagirdlər isə bu nümunəni öz şəxsi təcrübələrinə çevirməlidirlər.Yəni qab necədirsə, su da elə olmalıdır.-LİKE TEACHER, LİKE STUDENTS Biz onlara kamil olmağin yollarını öyrədək.Biz özümüz onlara nümunə olmalıyıq. Bir barmağimizla kimə isə işarə ediriksə ,bilməliyik ki, qalan üç barmaq özümüzə işarədir.Əgər müəllim dərsə gecikirsə ,o şagirdlərə necə deyə bilər ki,dərsə gecikməsinlər.
SUAL 3 SİZCƏ NÜMUNƏVİ MÜƏLLİM NECƏ OLMALIDIR?             Müəllim istiqamət və məqsədi təyin edir.Şagird isə bu istiqamətdə cığır açır.Bu işdə biz onlara nümunə olmalıyıq. Biz özümüzü sevdirməyə can atmamamlıyıq,özümüz başqalarına qarşı sevgi ilə dolu olmalıyıq.                                                                                           Slide 9. HekayəKorların fil haqqında təsəvvürü. 6 kor var idi .Onlar eşitdilər ki,imperator onların şəhərinə gəlir və onlara dedilər ki,imperator filin üstündə gəlir.Kor olduqları üçün fil haqında təsəvvürləri yox idi.Onlara dedilər ki,imperator gələndən sonra onları fil ilə tanış edəcəklər.                                            Bir kor əlini filin xortumuna vurur
1-Xortum ,nazik uzundu ilana oxşayır.
2-ayaq- stuna
3- gövdə -divara
4-qulaq-yelpik
5-dişi-silah
6-quyruq- kəndirə bənzədir.
Müəyyən vaxt keçdikdən sonra hərə fil haqqında bir fikir söyləyir və mübahisə edirlər.bizim gözümüzdə də həqiqər elə bu cürdür.Bəs onlar fil haqqında düzgün təsəvvürü necə əldə etdilər?Onların hət biri hiss etdiklərini bölüşdükdən sonra bir təsəvvür yarandı.
Biz də öz şüurumuzu genışləndirməliyik,təhsilin vasitəsilə-təhlil-tətbiq -analiz –sintez-sorğu-problemlərin həlli həqiqətə gedən yollardır. 
      Məlumatı toplayaraq təhlil tətbiq edərək yenisini yaratmaq üçün onlara istiqamət verməli, lap dəniz fənəri olmalıyıq.Yaddan şıxarmamaliyıq ki,biz onları öz zəmanəmizdə necə olmuçuqsa,elə tərbiyə edək,onları öz zəmanəsi üçün yetişdiririk.                 SLİDE10.Şagirdə nəzarətdən öncə biz özümüzə nəzarət etməliyik.Bunun hər dəfə saata baxanda xatırlamalıyıq. İngilis dilində bu lap yaxşı səslənir. A watch --to watch.                     Öyrətdiyimiz şagirdlərin hamısı alim,elmi işçi ola bilməz.Əsil vətəndaş, vətənini sevən birisi olmalı... 700 bal toplayıb düşmənə satılam alim bizə lazım deyil, qoy o, bağban olsun,kurikulum ona öyrədir ki,o, yaşadığı ərazidə hansı ağaclar daha məhsuldar olar,necə əksə suvarma asan olar..... çünki buna onun hər gün etdiyi imformasiya mübadiləsi, müzakirəsi,refleksiya və nəticələr imkan verir.Elə həyatimizin özü də bu mərhələlər üzərində qurulub. Sinqapurda bir məktəb direktoru valideynlərə ünvanlandırdığı məktubda deyirdi.
ziz valideynlər! 
Uşaqlarınızın imtahanları tezliklə başlayacaq. Mən bilirəm ki, onların yaxşı nəticələri üçün çox narahatsınız. 
Amma xahiş edirəm yadda saxlaysınız ki, imtahana girən uşaqların içərisində rəssam var, hansı ki, onun riyaziyyat bilməyi vacib deyil.
Orada sahibkar var, hansı ki, tarix və ingilis ədəbiyyatını bilməyə ehtiyacı yoxdur. 
Orada musiqiçi var, onun kimyadan alacağı qiymətin fərqi yoxdur. 
Orada idmançı var, onun fiziki sağlamlığı fizika bilməyindən daha vacibdir. 
Usaqlariniz yaxşı qiymət alacaqsa, bu, əladır. Yox əgər almasalar, onların öz güvənini və qürurunu əllərindən almayın. 
Deyin ki, hər şey yaxşı olacaq, bu, sadəcə imtahandır. Sən həyatda daha böyük şeylər üçün yaranmısan.
Xahiş edirəm, bunu edin, o zaman onlar butun dünyanı fəth edəcəklər. Bir imtahan və ya aşağı qiymət onların arzusunu və istedadını əllərindən almaz. 
Nəhayət, xahiş edirəm, düşünməyin ki, həkimlər və mühəndislər dünyada yeganə xoşbəxt insanlardır.
                                                                                                                          SLİDE 11. 12   SLİDE 13.Dərsin təşkilinin daha uğurlu alınması üçün müəyyən e- resurslar vardır ki, onlardan bir neçəsini nəzərinizə çatdırmaq istəyirəm. Növbəti linkləri göstər.                                          Eyni zamanda nəzərdə tutulmuş diaqnostik qiymətləndirmə üçün online testlər vardır. Zəhmət olmasa bu linkləri qeyd edin.
Xahiş edirəm dərslik ,dərs barədə olan narahatlıqlarınızı təklif və rəylərinizi mənə verəsiniz.Təhsil Problemləri İnstitunun elmi müxbiri olaraq problemlərin çözülməsində yardımçı olmaq İnstitut üçün də xoşdur.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           Müasir təhsil proqramında təmənnasız xidmət layihələrinə çox geniş yer verilir.güllərin əkilməsi, xəstələrə kömək.Məsələn: Günəş- təmənnasız olaraq işıq istilik verir. Ağac- kölgə, meyvə verir kimi şagirdləri təmənnasız işlər görməyə ruhlandırmalıyıq.Məktəbdə tərtib olunmuş Psixoloji dəstək ağacı bizə şagirdlərin psixoloji durumu ilə yaxından tanış olmağa imkan verir.  Həhə öz istəyini yazır,ağacdan asır.Elə  işlədiyim 3 saylı məktəbdə Şaxta Babaya Məktub onların istəklərinin öyrənilməsinə bariz nümunədir.        A.Linkolin oğlunun müəlliminə yazdıgı məktubda deyirdi:“...əgər öyrədə bilirsənsə, qazanılan bir dolların  hazır olan beş dollardan daha qiymətli olduğunu öyrət.Itirməyi öyrənməsini öyrət ona və qazanmaqdan sevinc duymağı öyrət. Məktəbdə səhv etmənin hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona. Ona öz fikirlərinə inanmasını öyrət,hər kəs ona səhv olduğunu söylədiyində belə...”.          Əgər bir insan gördüyü işdə yalnız əlləri işləyirsə,o öz işinin fəhləsi,əl və baş birgə işləyirsə,insan öz işinin ustasına çevrilir.Əgər əl, baş,ürək hamısı bir yerdə işləyirsə yalnız onda həmən insan öz işinn SƏNƏTKARINA çevrilir.Və sənətkar müəllimlərə                                                                Diqqətinizə görə çox təşəkkür edirəm.


Tahirə Xasməmmədova .                                                                                             İ.Qayıbov adına Qazax şəhəri 3 saylı tam orta məktəbinin ingilis dili müəllimi.

1 yorum:

  1. Aynur Camal Wow, orada olan bütün dostlara mövsümi təbriklər, çox həyəcanlıyam ki, pozulmuş Evliliyim bərpa edildi və həyat yoldaşım iki uşağımla başqa bir qadınla ayrıldıqdan sonra qayıtdı. 8 illik evliliyindən sonra həyat yoldaşım və nəhayət məni tərk edib başqa bir qadınla birlikdə olmaq üçün Azərbaycana, Bakıya köçənə qədər bir döyüşdə ya da digərində olduq. Həyatımın bitdiyini və uşaqlarımın atalarını bir daha görməyəcəyini düşündüm. Yalnız uşaqlar üçün güclü olmağa çalışırdım, ancaq ürəyimi əzab verən ağrıları idarə edə bilmədim, ürəyim kədər və ağrılarla dolu idi, çünki həqiqətən ərimə aşiq idim. Hər gün və hər gecə onu düşünürəm və həmişə onun yanına qayıtmasını arzulayırdım, həqiqətən kədərləndim və köməyə ehtiyacım var idi, buna görə də onlayn kömək axtardım və Dr. İgbinovia'nın bir çox insana kömək etdiyini söyləyən bir veb sayt tapdım. əlaqəni geri qaytarmaq üçün, Sonra bir cəhd etməli olduğumu hiss etdim. Mən onunla əlaqə saxladım və o nə edəcəyimi söylədi və mən də etdim, sonra mənim üçün (Sevgi yazısı) etdi. 28 saatdan sonra ərim həqiqətən mənə zəng etdi və məni və uşaqları çox darıxdığını söylədi, o qədər də heyrətamiz! və eyni gündə o, çox sevgi və sevinclə geri döndü və etdiyi səhv üçün və mənə və uşaqlara verdiyi acıya görə üzr istədi. O gündən etibarən evliliyimiz əvvəlkindən daha güclü idi, hamısı doktor İgbinovia sayəsində. O qədər güclüdür və hekayəmi internetdə bölüşmək qərarına gəldim ki, doktor İgbinovia, gerçək və güclü sehrbazdır, əgər münasibətiniz geri lazımdırsa və ya əriniz başqa bir qadınla köçürsə, artıq ağlamayın, bu güclü sehr gəmisi ilə əlaqə qurun . Kontaktınız budur: doctorigbinovia93@gmail.com elektron poçtuna bir e-poçt göndərin, onu da zəng edə və ya Whatsapp-a əlavə edə bilərsiniz: +2348144480786 və ya da viber-də +2348144480786 nömrəli telefonla əlaqə saxlaya bilərsiz və lazım olanları götürün Sən......

    YanıtlaSil